Sumqayıt Apelyasiya Məhkəməsi hakim Mirzəyeva Leyla Eytibar qızının qərarını ləğv etdi...
 
Bir neçə il əvvəl cənab Prezident İlham Əliyev Ali Məhkəmənin möhtəşəm yeni binasının açılışında qeyd etdi ki, bu bina cəmiyyətimiz üçün ƏDALƏT SARAYI olmalıdır. Cənab Prezidentin bu müdrik fikri məhkəmə-hüquq sisteminə verilən ən böyük dəyər idi. Bəli, məhkəmə hakimləri heç bir tərəfə deyil, heç bir sifarişə deyil, məhz dövlətin qanunlarına və ƏDALƏTƏ əsaslanıb qərar verməlidirlər. Cənab Prezidentimiz də məhz bunu nəzərə alaraq hakimləri ədalətli qərarlar verməyə çağırmışdır. Çox təəssüf ki, bəzi məhkəmə hakimləri ƏDALƏT SARAYINDA oturmağa layiq olmadıqları üçün gec-tez bu sarayı tərk etməli olurlar. Və haqlı olaraq onların səlahiyyətinə xitam verilir. Sözün qısası, son 20-30 ildə rayon və şəhər məhkəmələrimiz müasir, hər cür texniki avadanlıqla təchiz olunmuş binalarda fəaliyyət göstərirlər. Hətta dəfələrlə hakimlərin maaşların artırılması da baş verib. Amma bəzi hakimlərin tamahı ucbatından vətəndaşlarımızın məhkəmə-hüquq sisteminə olan inamı bəzən zədələnir. Bu isə vətəndaşlarımızın dövlətə inamını sarsıdır. Ulu öndərimiz Heydər Əliyev əbəs yerə demirdi ki, dövlət iki halda sarsılır: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə. Bəli, etiraf etməliyik ki, bəzi hakimlərimiz ədalətsizlik edərək bəzən günahı olmayan şəxsləri də cəzalandırır. İndi haqqında bəhs edəcəyimiz uzun məhkəmə prosesi Sumqayıt şəhər məhkəməsində baş verib.
Belə ki, məcburi köçkün, Qarabağ müharibəsi veteranına dövlət tərəfindən ayrılan müavinətin kəsilməsi üçün Sumqayıt İnzibati Məhkəməsinin hakimi Mirzəyeva Leyla Eytibar qızı heç bir hüquqi, qanuni, mənəvi, əxlaqi normalara və dəyərlərə əsaslanmadan qərar qəbul edib.
Birincisi, məcburi köçkün statusu beynəlxalq hüquq normalarına əsasən müəyyn edilir. Bunu hansısa hakimin, yaxud məmurun ləğv etməsi mümkün deyil.
İkincisi, məsələnin hüquqi tərəfini bir kənara qoysaq belə, Qarabağda döyüşmüş veteranı dövlətin verdiyi müavinətdən məhrum etmək ən azı insanlığa yaraşmayan haldır.
Sözün qısası, hakim Leyla Mirzəyeva ən elementar mənəvi dəyərlərə məhəl qoymayıb. Ümumiyyətlə, dünyada dövlət ərkanı, dövlət tərbiyəsi deyilən bir anlayış var. Görəsən Leyla Eytibar qızına atası Eytibar kişi belə tərbiyə verib..?
Bu yerdə məşhur "Adını soruşdum...” misrası yada düşür. Amma çox dərinə getmək istəmirik. Sözün qısası, Leyla Mirzəyevanın Qarabağ veteranı, Zəngilanlı məcburi köçkünlə bağlı verdiyi qanunsuz, ədalətsiz qərarı iki gün öncə Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri Zaur İkram oğlu Məmmədov, Hökümə Çingiz qızı Babayeva və Zahid Tahir oğlu Məmmədov ləğv ediblər. Bəli, Leyla Mirzəyevanın qərarı qüvvəyə minmədi, ədalət Leyla Mirzəyevanın qərarını...üstələdi. Bu bir ədalət nümunəsidir.
Zaur Məmmədov, Hökümə Babayeva, Zahid Məmmədov kimi ədalətli hakimlərin qərarları vətəndaşların dövlətimizin gələcəyinə olan ümidlərini daha da artırır. Və biz əminik ki, digər vətəndaşlar da Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası üzvlərinin çıxardığı ədalətli qərarların tez-tez şahidi olacaqlar. Və bu nümunə kimlərin "Ədalət sarayı”nda oturmağa layiq olduğunun bariz nümunəsi olacaq.
Unutmaq lazım deyil ki, dahi Mirzə Fətəli Axundov deyirdi ki, moizə oxumaqla nəsə düzəlsəydi, Sədi və Hafiz Şirazilərin 100 min beytəri İranı çoxdan xoşbəxt etmişdi, ən gözəl vasitə nümunə olmaqdır. İnanırıq ki, hər üç hakim məhkəmə-hüquq sistemi üçün gözəl nümunə olacaq.
P.S. Görəsən, Leyla Mirzəyevanın özü ankoloji xəstə, həyat yoldaşı, Ramiz Mehdiyevin şəri nəticəsində həbsxanada, böyük oğlu ön cəbhədə əsgəri xidmətdə, ikinci uşağı ali təhsil aldığı halda, üçüncü uşağı orta məktəbdə, 9-cu sinifdə oxuyardısa, həmin ailənin son ümidi olan həmin çörəkpulu deyilən vahid aylıq müavinət kəsilərdisə onda Leyla Mirzəyeva nə edərdi. Əgər bu işlərə Leyla Mirzəyeva göz yumubsa İNŞALLAH onun da başına bu işlər gələr. Həyatda mərdlik və yazılmamış qanunlar səhifəsi həmişə açıq olur.
Sabahnews.az
 

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər