Dəmir yolu”na nə üçün 5 müavindən məhz Hicran Valehov təyin edildi..?
Məlumdur ki, bir ay öncə cənab Prezident İlham Əliyev "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanova daha böyük etimad göstərərək onu Azərbaycan Respublikasının Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin etdi.
Və beləcə "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri postuna kimin təyin olunacağı sualı ortaya çıxdı.
Məlumdur ki, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədrinin birinci müavini Əlirza Süleymanovdur. Və qaydalara uyğun olaraq sədr vəzifəsini tərk edirsə, avtomatik olaraq səlahiyyət birinci müavinə həvalə edilir. Amma…
Əmması odur ki, Cavid Qurbanovdan sonra "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr səlahiyyətləri birinci müavini Əlirza Süleymanova deyil, digər 5 sadə müavindən biri olan Valehov Hicran Qardaşxan oğluna həvalə edildi.
Düzdür, biz kiminsə təyinatını müzakirəyə çıxartmaq fikrində deyilik. Amma nə üçün 1-ci müavinə, yaxud digər müavinlərə deyil, MƏHZ Hicran Valehova..?
Birincisi, bu adam peşəkar dəmiryolçu deyil..?
Bəli, gəlin, Hicran Valehovun ömür yoluna nəzər salaq:
1968-ci ildə anadan olmuşdur. Ali təhsillidir, Azərbaycan İnşaat Mühəndisləri Universitetini bitirmişdir. Texnika elmlər namizədidir.
1985-2007-ci illərdə Kəlbəcər rayonu Sığorta Müfəttişliyi, "Azəravtoyol” Dövlət Şirkətinin 1 saylı Yol Təmir Tikinti İdarəsi, Yol Fondu İdarəsi, "Elm-İstehsalat Mərkəzi” və Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin "Yolnəqliyyatservis” Departamentində müxtəlif vəzifələrdə çalışmışdır.
2007-2015-ci illərdə "Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsində çalışmışdır.
2015-2016-cı illərdə "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müşaviri vəzifəsində çalışmışdır.
2016-cı ildən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir.
"Tərəqqi” medalı, "Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalı və "Fəxri dəmiryolçu” döş nişanı ilə təltif edilmişdir.
Fikir verdinizmi, sığorta müfəttişi necə dəmiryolçu ola bilir..?
İkincisi, uzun müddət ( 2007-2015 –ci illər ) sədrin müavini olan Hicran Valehov necə oldu ki, sədrin müşaviri oldu..?
Bilənlər bilir ki, sədr müavini və müşavir postları arasında xeyli fərq var…
Və sonda Hicran Valehov hazırda "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədri vəzifəsini yerinə yetirir.
Görəsən, 5 müavin, hətta 1-ci müavin ola-ola nə üçün məhz Hicran Valehova etimad göstərildi..?
Gundelik-baku.com-un apardığı qısa araşdırma zamanı bəlli oldu ki, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində 15 ilə yaxındır ki, həyata keçirilən maxinasiyaların başında Hicran Valehov dayanıb.
Bəli, Hicran Valehov uzun illərdir ki, köhnə vaqonların təzə adı ilə silinib büdcədən milyonların mənimsənilməsi, ezamiyyət xərclərinin şişirdilib ələ keçiriiməsi və digər maxinasiyaları həyata keçirib.
Sözün qısası, Hicran Valehovun əməlləri ilə bağlı araşdırmalarımız davam edir.
Növbəti sayımızda "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində Əliyar müəllimin hansı işlərlə məşğul olması haqqında yazı dərc edəcəyik. Bizi izləyin.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.gundelik baki.com

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər