ABŞERONUN BAŞ AĞSAQQALININ QARA-QURA KEÇMIŞIMüəllif:
 
 
Dəryaz qəzetinin redaksiyasına Abşeron Rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayevin qaranlıq keçmişi barədə məlumat daxil olub. Etibarlı mənbədən verilən məlumatda ilk öncə xatırladılır ki, Zakir Fərəcov Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə irəli çəkiləndən sonra da, Abşeronu de-fakto o, idarə edib. Hamıya məlum idi ki, İradə Gülməmmədovanın başçılığı dövründə də Abşeronda mühüm məsələlərdə, o cümlədən, rəhbər vəzifələrə kadr təyinatında əsas söz sahibi məhz Zakir Fərəcov olub. Bu vəziyyət yalnız bu il nüfuzda Zakir Fərəcovdan heç də geri qalmayan Abdin Fərzəliyev Abşerona RİH başçısı vəzifəsinə təyinat alandan sonra dəyişib.

Bildirilir ki, Zakir Fərəcov bir neçə il əvvəl Nadir Ağayevi də öhdəsindən heç də yaxşı gəlmədiyi Abşeron rayon 1 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin etdirmişdi. Nadir Ağayev isə həmin vəzifəsindən yetərincə sui-istifadə edib, təhsil şöbəsi üçün xarakterik olan bütün növ qanunsuzluqlara qol qoyub. Amma ən gəlirli haram qazanc mənbələrindən biri məktəblər üçün dəftərxana ləvazimatlarının, inventar və avadanlıqların qiymətlərinin "şişirdilməsi” yolu ilə silinərək pulların mənimsənilməsi olur. Həmin mal-material qiymətliləri Abşeron rayon Uşaq-Gənclər İdman Məktəbinə bitişik, anbar kimi istifadə olunan binadan məktəblərə paylanırmış. Çox vaxt keçən il verilən inventarları bir il saxlayıb növbəti dərs ilində təhsil müəssisələrinə verirmişlər, təzə il üçün alınmalı olan mal-material qiymətlilərinin pulları "yeyilib”. Bundan başqa, məktəblərə sifariş olunan böyük ölçülü, ikilaylı pəncərə şüşələri də ayrı-ayrı sexlərə satılırmış. Əskik gələn nə varsa, mümkün olduğu qədər şagirdlərin valideynlərinə aldırırmışlar.

Məlumatda qeyd olunur ki, Nadir Ağayevin korruptiv işdəycələrinə görə hətta bir dəfə Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsi UGİM-in sabiq direktoru Qiyas Mənsimovu dindirib. Qiyas Mənsimov verdiyi izahatında həmin anbar kimi istifadə olunan binaya cavabdeh olmadığını, yalnız RTŞ müdirinin tapşırığı ilə açıb-bağladığını, sadəcə qarovulunu təşkil etdiyini deyib. Məsələ belə olub: Nadir Ağayev, mühasibi Əli və işbaz ortaqları vahid məktəbli formalarını ucuz qiymətə gətirib baha qiymətə rəsmiləşdirmək üçün, Çindən olan paltar istehsalçısı ilə sövdələşiblər. Danışığa görə, 1 (bir) milyon manat həcmində müqavilə bağlanıb, 350 (üç yüz əlli) min manat istehsalçıya verilməli, qalanı isə işbazlar arasında "pay-püşk” edilməli imiş. "Bizimkilər” ilk öncə çinlilərə 150 (bir yüz əlli) min manat ilkin ödəniş etsələr də, qalan 200 (iki yüz) min manatı vermək istəməyiblər. Qarşı tərəf məcbur olub Azərbaycan Prokurorluğuna müraciət edib. Məlumatda bildirilir ki, yenə də Zakir Fərəcovun məhkəməyə müdaxiləsi ilə 70 (yetmiş) min manata iş "bağlanıb”.

Mənbə onu da qeyd edir ki, Nadir Ağayevin sədrlik etdiyi Ağsaqqallar Şurasının fəaliyyəti gözə dəymir, ağsaqqal sakinlər onun heç otağını belə tanımırlar. Şuranın üzvlərindən yalnız çörək zavodunun sahibkarı Hacı Ramiz istisna olmaqla, heç kəs 44 günlük Vətən müharibəsi dövründə və ötən dövrdə şəhid ailələrinin və qazilərin qapısını döyməyib, hər hansı köməklik təklif etməyib. Olsa-olsa, Nadir Ağayev rayon rəhbərliyi nümayəndələrinin bu zümrədən olan şəxslərlə görüşdüyü tədbirlərə qatılmaqla öz işini bitmiş hesab edib. Bütün bunlara baxmayaraq o halın varlığına da ümidvarıq ki, bir müddət bundan əvvəl Abşerona başçı təyin olunan cənab Abdin Fərzəliyev, məhz Zakir Fərəcovun dövründə baş verən hər cür hərcmərclikləri aradan qaldırmağa qabil olan vəzifə sahibidir. Yəqin ki, çox yaxın vaxtlarda hər kəs bunun canlı şahidi olacaq.

Məsələnin daha düşündürücü tərəfi isə ondan ibarətdir ki, Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili cənab Eldar Quliyevin Nadir Ağayevi hələ də «ağsaqqal» simasında qəbul edib, onu bügünkü vəzifəsində saxlamasıdır. Yəqin ki, hörmətli Eldar müəllim qeyd etdiklərimizə diqqət yetirəcək və Abşeronda «problemli ağsaqqal» söz-söhbəti ilə bağlı yekun qərarını da verəcək.

Mövzuya qayıdacağıq.

Deryaz.az
 

Son xəbərlər

Abşeronda ANARXİYA və KORRUPSİYA… Sən saydığını say, gör Fərzəliyev nə sayır

Yevlaxın YARITMAZ BAŞÇISI Dövlət vəsaitini talayır- BU NƏDİ BELƏ?!

Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:vəzifə təyinatları, aylıq paketlər və s.

Qazaxda BİABIRÇILIQ: 3 min illik Tarixi abidə sökülüb üzərində obyekt tikilir

Xəqani Bəşirlinin ümidinə qalan KADR SİYASƏTİ… – “Bu adam ən böyük sehrbazdır…”

İbarhim Nehrəmlinin Qəbələdə törətdiyi ekoloji terrordan Muxtar Babayevin xəbəri varmı

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

“VEYSƏLOĞLU” Aydın Talıbov, bu dünyanı oyuncaqmı bilirsən?- Mansur Məmmədov

Milyonçu Adnan Əhmədzadənin “Rahat market”i işçiləri qula çevirib

İcra başçısının qohumu həbs edildi.Növbə Başçıya da çatacaq…

Xəbərdarlıq: Yer kürəsini bürüyən “qırmızı” maqnit qasırğasının 5 FƏSADI

İlham Əliyev bu qanunu təsdiqlədi

Qız oğlana, oğlan qıza bənzəyir: Azərbaycanı bürüyən bəlanın qarşısı necə alınmalıdır?

İndi biz sülhə doğru gedirik - İlham Əliyev

Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi - İlham Əliyev

Türkiyə Ermənistanla sülh istəmir: 4 kəndin Azərbaycana qaytarılması İranda necə qarşılanıb?

Ermənistanla yeni sərhəd bu kəndin ortasından keçəcək - DETALLAR

Almatı danışıqlarının arxasında hansı ölkə var? - Ermənilər qorxuya düşüb

Rusiyada miqrantlarla bağlı sərt qayda: onlar vətəndaşlıqdan məhrum edildi

Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi

ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü - TƏCİLİ

Fermer əmin etdi: Bu tarixdən pomidor ucuzlaşmağa başlayacaq

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı xəbərdarlıq etdi

Abşeronda avtomobil qəzası olub, xəsarət alan var

Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər

ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."

Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü

İlk dəfə açıqlandı: Bakı və İrəvan arasında birbaşa əlaqə necə yaradılır?

Xəritə yayıldı, bu ərazilər Azərbaycanın nəzarətinə keçir - Ermənistan iflic olacaq

Astana Bakı-İrəvan danışıqlarına ev sahibliyi edə bilərmi?

Bütün xəbərlər