Zakir Fərəcovdan sonra hansı “sürprizi” gözləyək… - İpə-sapa yatmır...Son vaxtlar ölkənin məmur korpusu ilə bağlı yeni siyasətin ortaya qoyulduğunun şahidi oluruq. Söhbət yeni tip məmur kontingentinin formalaşması istiqamətində ən ali siyasi iradənin ortaya qoyulmasından gedir. Bu kontekstdə köhnə və oliqarxlaşmış, islahat prosesinə mane olan məmurlarla vidalaşmadan tutmuş, məmur korpusunda reallaşan həbsləri qeyd edə bilərik. Ancaq bütün bunların fonunda özünü köhnə qvardiyaya aid edən bəzi məmurların dirənişinin şahidi oluruq. Bu dirəniş yalnız onların öz kreslolarının qorunmasına hesablanmayıb, onlar belə addımları və sabotajları ilə ölkənin gələcək inkişafının qarşısını almaq istəyirlər. Təəssüflə qeyd etməliyik ki, biz anoloji addımları və şəxsləri daha çox icra strukturlarında görürük. Ruşvət almasına dair ifşaedici videokadrların nümayiş olunamsından sonra, bəzi icra başçılarının yənə də eyni əməlləri təkrar etdiyini görmüşük. Hətta bu cür cinayət əməllərinə görə həbsə salınan icra başçılarının sayında bir artım da müşahidə edirik. Ən maraqlısı budur ki, bu qəbildən olan bəzi icra başçıları özünü “toxunulmaz” hesab etdikləri üçün yarıtmaz fəaliyyətləri ilə yanaşı, siyasi sabotaj sayılan addımlara da imza atırlar.

Uzun müddətdir ki, Sumqayıtın abadlaşmasında iştirak edən sahibkarların pulunu mənimsəməkdə ittiham olunan Sumqayıtın icra başçısı Zakir Fərəcovun adı ötən həftə çox biabırçı bir qalmaqalda hallandı. İlin, günün bu vaxtında bu adam göstəriş verib ki, Sumqayıtdakı məhlələrdən birində Tovuz şəhidlərimizin plakatı önündə asılan Türkiyənin bayrağı endirilsin. Doğrusu bu addımın niyə atıldığı ilk anda təəccüblü gəldi. Ancaq sonradan məlum oldu ki, həmin əməli edənlər icra hakimiyyətinin işçiləridir, bir az da düşünməyə qərar verdik. Bilirsiniz ki, hazırda ölkəmiz olduqca həssas bir məqama qədəm qoyub. Dağlıq Qarabağ probleminin həlli ilə bağlı bizim ətrafımızda olan nəhəng ölkələr öz mövqelərini artıq konkret ifadə edirlər. Məsələn, Prezident İlham Əliyevin dəfələrlə etiraf etdiyi kimi, belə gərgin məqamda Rusiya Ermənistana silah daşıyır. Bunun fonunda isə qardaş Türkiyə birmənalı olaraq Azərbaycanı dəstəkləyir və 11 minlik bir həbi kontingentlə ölkəmizdə təlimə gəldi. Bu, eyni zamanda Türkiyənin ölkəmizə verdiyi açıq bir mesajıydı ki, hətta savaş olsa belə, biz Azərbaycanla birlikdəyik. Şübhəsizdir ki, qardaş ölkənin bu jestini ən gözəl dəyərləndirəndən biri də məhz ölkə başçısı olub. Gəlin ölkə başçısının bir neçə gün əvvəl, Yunanıstanın ölkəmizə yeni təyin edilmiş səfirinin etimadnaməsini qəbul edərkən Türkiyəni diplomatik ifadələrlə deyil, açıq mətnlə necə müdafiə etdiyinə diqqət edək:

“Toxunmaq istədiyim sonuncu məsələ Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginlikdir. Sizə deyə bilərəm və bu, sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənin göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq”.

Göründüyü kimi, ölkə başçısı Rusiya kimi bir qonşumuzun Ermənistanı silahlandırdığını da bir neçə dəfə açıq ifadə edib. Belə dar məqamda bizə birmənalı dəstəyi verən ölkə Türkiyədirsə və bu dövlət başçısının siyasətində, nitqlərində ifadə olunursa, Zakir Fərəcov niyə bu münasibətlərə özfəliyyətilə xələl salmaq istəyir?

Ən maraqlısı isə budur ki, Zakir Fərəcov etdiyi bu siyasi sabotaja görə, nə çıxıb aydınlıq verir, nə də üzrhaqlıq edir. Yenə adamın yadına Sumqayıtın abadlaşmasında işləyib pulunu ala bilməyən iş adamları düşür. Adamlar uzun müddətdir ki, haray çəkirlər ki, icra başçısı bizimlə halallaşmayıb. Bunlardan yenə səs çıxmır. Yalnız müavinlərin adı ilə dövlət qurumlarına göndərdikləri əsassız məlumatlarla kifayətlənirlər. Həmin məktublarda qeyd edilir ki, güya sahibkarların pulu tam ödənilib. Sahibkarlar yenə haray çəkib, soruşurlar: hara, hansı hesaba? Cavab yoxdur. Bir nəticə hasil olur. Dünən sahibkarın pulunu verməyən məmur cəzasız qalanda, bu gün siyasi sabotaj etməkdən də qorxmayacaq. İstər sahibkarı incitmək, istərsə də belə həssas məqamda qardaş ölkənin bayrağını endirməyəyə çalışmağın bir adı var: cənab Prezidentin yürütdüyü siyasətlə uzlaşmayan, ona mane olan fəaliyyət. Əldə etdiyimiz məlumata görə, Zakir Fərəcov bayraq qalmaqalına görə yuxarıların bərk dannağına tuş gəlib. Hətta vəziyyət o yerə çatıb ki, həmin gündən sonra o, vaxtının böyük hissəsini iş kabinetində deyil, səhətinin qənaətbəxş olmadığını bəhanə edib, evində keçirir. Zakir Fərəcov bayraq qalmaqalını da hansısa müavinin üzərinə yükləmək istəsə də, yeç kim bu ağır məsuliyyəti boynuna götürməyib. Ən maraqlısı budur ki, sözügedən məmurla bağlı tənqidi materialları bir çox saytlar işıqlandırmır. Bunun bir neçə səbəbni müəyyən etdik. Bəzi KİV-lərlə Fərəcovun olduqca ciddi dostluq münasibətləri yaradılıb. Bir çoxları isə Fərəcovdan qorxur. Statistikaya fikir versəniz görərsiniz ki, ölkədə jurnalist həbs etdirən ( haqlı-haqsız-red) məmurların sırasında Fərəcov ilklikdə qərar tutub. Bütün bunlara baxmayaraq, vicdanını itirməyən, sözünü deməyi bacaran qələm əhli yenə də var. Bizim Zakir Fərəcovla heç bir qərəzimiz yoxdur, ancaq ondan bir təvəqqəmiz var. Vəzifə müfəqətidir. Ordan ya təqaüdə, ya da “içəri” getmək mümkündür. Əsas odur ki, borclu olduqlarınla halallaşasan. Bir də səhət, yaş, yeni idarəetmə metodu ilə ayaqlaşa bilmirsənsə, gənclərə yol açıb, istefa verəsən! //Azinforum.az//

Son xəbərlər

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Allah rəhmət eləsin!

Ağalarova məxsus "Krokus"un yerində Rusiya hökuməti nə tikəcək?

"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK GƏLİR: kimsə xəbəriniz olmadan...

Güclü külək əsəcək, çaylardan sel keçəcək

İlham Məmmədov medianın onun haqqında yazdığı hər bir tənqidi pula çevirir… – “Sizə görə adım niyə hallanmalıdır ki?”

Bütün xəbərlər