Beyləqan Mərkəzi Xəstəxanasında ÖZBAŞINALIQ - İLGİNC İDDİALAR...
 
 
Xatırladaq ki, "Beyləqan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Nurəngiz Bəşirovanın qanunsuz əməlləri barədə son tənqidi materiallarıməz işıq üzü görəndən sonra sözügedən xəstəxanada rəhbərliyin növbəti rəvac verdiyi özbaşınalıqlar və neqativ hallar barədə redaksiyamıza şikayətlər məktublarının ard-arası kəsilmir. İnformasiya mənbələrimiz fəallaşıb. KİV olaraq bizə düşən isə istər redaksiyamıza daxil olan şikayətləri, istər öz müşahidələrimizi, istərsə də müxtəlif mənbələrdən əldə etdiyimiz məlumatları dolğun, dürsüt şəkildə ictimailəşdirmək görəvi düşür. Həmin məlumatların araşdırılması, onlarda ehtiva olunan məsələlərə hüquqi qiymət verilməsi isə aidiyyəti qurumların, hüquq-mühafizə və cinayət təqibi orqanlarının vicdan məsələsidir.
Bu günlərdə redaksiyamıza Beyləqan Rayon Xəstəxanasında yumşaq və bərk inventarların da rəhbərlik tərəfindən "artıq” çıxarılaraq satılması haqda məlumat daxil olub. Etibarlı mənbədən daxil olan həmin məlumatda bildirilir ki, Nurəngiz Bəşirovanın xəstəxanaya direktor təyin olunduğu ilk vaxtlarda hətta buradan xəlvəti ərzaq çıxararaq evə daşıyan maşın polis tərəfindən saxlanılıb. Lakin nədənsə bu fakt rəsmiləşdirilməyib. Mənbə həmçinin bildirir ki, xəstəxanaya daxil olanda ilk növbədə diqqəti çəkən təmizlik və səliqə-səhmanın bağışladığı təəssürat aldadıcıdır. Palatalara girəndə müşahidəli göz, otaqların təchizat standartlarından başı çıxan adam hətta çarpayıların yanında tumboçkaların çatışmadığını da asanlıqla sezə bilər.
Bundan başqa, xəstəxanaya ayrılan xüsusi növ dərman preparatları var ki, hansı ki qeydiyyatda olan xəstələrə verilməlidir. Açıq satışı qadağan olunan həmin dərmanlar xəstəxana tərəfindən xəstələrə lazımi miqdarda verilmir. Ayrıca olaraq o dərmanlardan Beyləqanda apteklərdə satıldığı aşkar müşahidə olunur. Məsələ ondadır ki, həmin dərmanların açıq satışı belə qadağan olunub. Bəs elə isə onlar apteklərə necə ayaq açır? Ümumiyyətlə o preparatların rayona girişi hansı yolla, kimlər tərəfindən təmin olunur?
Yeri gəlmişkən, xəbər verdiyimiz kimi, hazırda Beyləqan rayon prokurorluğunda mərkəzi xəstəxanadan yanacaq oğurlayan sürücülərin cinayət işinin istintaqı gedir. Məqsədəuyğun olar ki, prokurorluq bu məqalədə paylaşdığımız məlumatlar ətrafında da araşdırma aparsın.
Son olaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasının tarixində nəzərdən qaçmayacaq dərəcədə maraqlı olan bir hadisəni xatırlatmaq istəyirik: 37 saylı Tibbi-Sosial Ekspert Komissiyası sədrliyindən xəstəxanaya baş həkim təyinatı alan doktor Leylan Nəsirova həmin vəzifədə heç bir ay işləməmiş öz ərizəsi ilə işdən uzaqlaşdı. Razılaşıq ki, diqqətdən yayınması, əhəmiyyət verilməməsi mümkün olmayan bu fakt cəmiyyətdə müəyyən şübhələrə yol açdı. Dolaşan mümkün versiyalardan ən ağlabatanı isə budur ki, L.Nəsirova müəssisədə dərinləşməkdə olan korrupsiya bataqlığının onun özünü də girdaba çəkəcəyindən ehtiyatlanaraq və N.Bəşirovanın korruptiv işdəycələrində vacib iştirakçı olmaqdan imtina edərək baş həkim vəzifəsini tərk edibmiş.
N.Bəşirova haqqında tənqidi yazılarımızın hələ ilk sırasında qeyd etmişdik ki, o, Vətən müharibəsi dövründə cəbhə bölgəsində xidməti iş aparan xüsusi xidmət orqanlarının zabitlərinə qonaqpərvərlik göstərdiyinə görə, onlarla tanışlıq amilindən sui-istifadə edir. Görünən odur ki, N.Bəşirovanın bunca özündənrazılığını, işləri dolaşanda "sudan quru çıxmağı” bacarmağını məhz himayədarlarının ona qahmar çıxması ilə əlaqələndirənlər yəqin ki yanılmırlar. Ona havadarlıq etdikləri deyilən, Vətənin şəhidlər verdiyi, qazilərin yaralandığı, əsgərlərin ölümlə göz-gözə gəldiyi qanlı-qadalı günlərdə evində qonaq qalaraq komfortlarını təmin edən həmin zabitlərin adlarını öyrənmişik. Qərara gəlmişik ki, onlarla bağlı xidmət apardıqları orqanın rəhbərliyinə sorğu ünvanlayaq. Nəticə barədə oxucularımıza məlumat verəcəyik.
RealMedia.az

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər