14:16 / 05-11-2021
Vidadi Muradov vəfat etdi
Ramiz Mehdiyevə gecikən ZƏRBƏ! Mərdəkandakı istirahət mərkəzi nəzarətindən çıxdı - FOTO

Baş nazir Əli Əsədov Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat Bağı”və “Dendrologiya Bağı” publik hüquqi şəxslərin yaradılması haqqında Qərar imzalayıb.

Ramiz Mehdiyevə gecikən ZƏRBƏ! Mərdəkandakı istirahət mərkəzi nəzarətindən çıxdı - FOTO

Qərarda qeyd olunur ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Nəbatat Bağının mövcud ərazisi və Dendrologiya İnstitutunun Bakı şəhərinin Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən mövcud ərazisi müvafiq olaraq “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsin və “Dendrologiya Bağı” publik hüquqi şəxsin ərazisi qismində müəyyən edilsin.
Qərarda həmçinin qeyd olunur ki, AMEA Mərkəzi Nəbatat Bağının və Dendrologiya İnstitutunun balansında olan dövlət əmlakının müvafiq olaraq “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsin və “Dendrologiya Bağı” publik hüquqi şəxsin balansına verilməsi ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etsin.
Hazırda Mərdəkan qəsəbəsində yerləşən Dendrologiya İnstitutunun ərazisində AMEA-nın “Qonaq Evi” fəaliyyət göstərir. AMEA-nın rəsmi veb-səhifəsində göstərilir ki, qonaq evləri müasir dizaynda təmir edilib, lazımi avadanlıqlarla təhciz olunub. İstirahət mərkəzində qonaqların və uşaqların istirahəti üçün hər cür şərait yaradılıb. Burada qonaqlama və istirahət üçün 17 geniş və rahat otaq təqdim olunur. Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küç., 89 ünvanında yerləşən qonaq evinin 1 günlük qiymətləri 1 nəfər üçün 50 manat (səhər yeməyi daxil olmaqla), 2 nəfər üçün 70 manat (səhər yeməyi daxil olmaqla) təşkil edir.
Ramiz Mehdiyevə gecikən ZƏRBƏ! Mərdəkandakı istirahət mərkəzi nəzarətindən çıxdı - FOTO

Tarix: 11-01-2022, 20:05


Bölməyə aid digər xəbərlər