Nürəngiz Bəşirova məsuliyyətdən belə yayınmağa çalışır… - VİDEO

Xatırlayırsınızsa, ötən yazımızda Beyləqan polis şöbəsinin və DTX-nin rayon şöbəsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat tədbiri nəticəsində Beyləqan rayon xəstəxanasında yanacaq satan oğruların cinayət başında yaxalandıqları, 8 nəfərin saxlanıldığı və barələrində cinayət işi başlanıldığı barədə məlumat vermişdik. Həmçinin həmin yazımızda Beyləqan rayon prokurorluqda ifadə verən təcili yardım xidmətinin sürücüləri ifadələrində direktor Nürəngiz Bəşirovanın onlara sığorta pulunu, əlavə xərcləri vermədiyinə görə ehtiyac üzündən bunu etmək məcburiyyətində qaldıqlarını, məlum yanacaq oğurluğu hadisəsindən ciddi surətdə narahat olan N.Bəşirova "sudan duru çıxmaq” üçün çabalar göstərərək, havadarlarına ağız açaraq onlardan kömək umduğu haqda da yazmışdıq.

RealMedia.az olaraq qeyd edək ki, yazımızın üzərindən qısa vaxt keçməsinə bağmayaraq N.Bəşirovanın yaxın ətrafında olan adamları dövriyyəyə belə bir informasiya buraxdılar ki, guya direktor xəstəxanadan yanacaq oğurlanması faktından xəbərsiz olmayıb, baş verən oğurluq hadisəsini özü aşkarlayıb və bu barədə hüquq-mühafizə orqanlarına xəbər veribmiş. Belə çıxır ki, Nürəngiz Bəşirova keçirilən əməliyyatla bağlı məlumatı hüquq mühafizə orqanlarına özü verib. Yəni əməliyyat direktorun məlumatı əsasında keçirilib. ƏLbəttə ki, bu olduqca absurd bir fikirdir. Əslində buna qırxlı çağaya da desən inanmaz. Əgər belədirsə onda ortaya belə bir haqlı suallar çıxır: Əcəba, humanist bir peşənin sahibi olan N.Bəşirovanın xəstəxanada sürücülərin oğurluq etməsindən xəbəri var imişsə, onda bunun qarşısını almaq üçün əlində başqa vasitəmi yox idi? Əlbəttə, var idi! Onları xəbərdarlıq etməklə, vurduqları ziyanı ödətdirib yalnız işdən çıxarmaqla kifayətlənə bilməzdimi? Bilərdi! Bundan başqa, bəs xəstəxanada yaratdığı daxili mühafizə xidmətinin qoluzorluları hara baxırdılar, onların işi yalnız direktora cangüdənlik etməkdən və yaxud onun çantasını daşımaqdanmi ibarətdir?
Düzü deyim ki, bu məsələ mənə heç inandırıcı gəlmədi.
Mən hesab edirəm ki, direktorun yaxınları onu məsuliyyətdən kənarda saxlamaq üçün dövriyyəyə belə bir məlumat yayıblar. Məsələn, tutar qatıq, tutmaz ayran.
Əslində isə məlumatı hüquq mühafizə və xüsusi xidmət orqanlarına verən direktor deyil. Məlumatı verən xəstəxananın təcili tibbi yardım şöbəsində işləyən qadındır. Və onun məlumatı kimə verdiyi də bizə məlumdur. Sadəcə olaraq hələ ki, prokurorluğun məsələyə rəsmi münasibətini gözləyirik. Məsələn, işi araşdıran prokurorluq durub desək ki, elə məlumatı bizə Nürəngiz Bəşirova verib, onun məlumatı əsasında əməliyyat keçirilib, bax onda biz hər şeyi açıb ağardacağıq. Hələ ki, bəzi məlumatları gizli ona görə saxlayırıq ki, istintaqın gedişinə maneçilik yaranmasın.
Onu da qeyd edik ki, rayon prokurorluğunun məsələyə vicdanla yanaşacağına, işin obyektiv və qərəzsiz şəkildə aparacağına əminik. İnanmırıq ki, prokuror nəyinsə xatirinə və yaxudda ki, kimlərinsə təsiri dairəsinə düşərək direktoru məsuliyyətdən kənarda saxlamağa çalışa.

RealMedia.az

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər