Sahibkarların
 
 
Məlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin (DGK) sədri vəzifəsindən azad edilib. Qeyd edək ki, sərəncama qədər DGK-nın "Azərterminalkompleks” Birliyinin direktoru Ehtiram Xəlilov, Əməliyyat-istintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov və digər yüksək rütbəli şəxslər həbs olunublar.

Sonradan Səfər Mehdiyevin yaxın qohumu Zeynal Tarquluyev də saxlanılıb. Mehdiyevin "qara kassası” hesab olunan Tarquliyev qeyri-rəsmi səlahiyyətlərdən istifadə edərək iş adamlarından qanunsuz olaraq 100 milyonlarla manat vəsait toplamaqda ittiham olunur.

Dövlət başçısının digər sərəncamı ilə Şahin Bağırov Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilib. Komitə sədrinin səlahiyyətlərinin icrası da ona həvalə edilib. Ötən əsrin 90-cı illərindən gömrük orqanlarında fəaliyyətə başlayan Bağırov "Əli-Bayramlı” gömrük postunun rəisi, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsində, Daxili Təhlükəsizlik İdarəsində, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini və sonradan həmin idarənin rəisi vəzifəsində çalışıb. Son təyinata qədər isə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində çalışıb.

Görəsən, rəhbər dəyişikliyi və komitə daxilində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilən həbslər gömrük sistemində əhəmiyyətli dəyişikliklərə səbəb olacaqmı? DİA.AZ-ın məlumatına görə, DGK sədrinin sabiq birinci müavini, professor Cümşüd Nuriyev AYNA-ya açıqlamasında deyib ki, Dövlət Gömrük Komitəsində həbslər bundan sonra da davam edəcək: "Gömrük dövlətin iqtisadi təhlükəsizliyini təmin edən bir orqandır. Amma görünən odur ki, Azərbaycanın iqtisadi təhlükəsizliyi təmin olunmur. Əgər iqtisadi təhlükəsizlik təmin olunsaydı, daxili bazarda bu qədər gərginlik olmazdı. Bu səviyyədə ərzaq inflyasiyası qeydə alınmazdı. Əgər ölkədə iqtisadi inflyasiya 12 faizdən bir qədər artıqdırsa, daxili bazarda ərzaq inflyasiyası 50 faiz civarındadır. Bu, kifayət qədər ciddi rəqəmdir”.

"Dövlət Gömrük Komitəsinin sədri dəyişdirildi. Komitə sədrinin səlahiyyətlərini icra edən Şahin Bağırovu şəsən tanıyıram. Etiraf edim ki, peşəkar gömrük işçisidir. Lakin onun üçün çox çətin olacağı qənaətindəyəm. Birincisi ona görə ki, Azərbaycanın Milli Gömrük Konsepsiyası yoxdur. Heç kəs bu 30 il ərzində bu konsepsiyanı işləmək istəməyib. Hansı ki, Azərbaycanın bazar modelinə uyğun olaraq bu konsepsiyanı hazırlamaq mümkün idi. İkincisi ona görə ki, Azərbaycanda yüksək səviyyədə inhisarçılıq mövcuddur. Bu problem təcili və qəti surətdə öz həllini tapmalıdır”, - deyə həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, gömrük kadrlarının hazırlanması keyfiyyəti də çox aşağıdır: "Baxmayaraq ki, Azərbaycanda Dövlət Gömrük Akademiyası fəaliyyət göstərir, digər təhsil ocaqlarında da gömrük ixtisasları mövcuddur, amma bunlar peşəkar kadrların yetişməsinə zəmin yaratmır. Gömrük sistemi kökündən dəyişməlidir. Azərbaycanda hansı bazar modelinə uyğun gömrük sisteminin olduğunu belə, bilən yoxdur. Bir var daxili bazarı stimullaşdıran gömrük sistemi, bir də var dövlətin daxili bazarını xarixi təsirlərdən qoruyan gömrük sistemi. Azərbaycan 25 ildir Ümümdünya Ticarət Təşkilatında məşvərətçi səslə iştirak etsə də, üzvlüyünü rəsmiləşdirə bilmir. Heç bunu istəmir də. Çünki biz bu quruma üzv olsaq, o zaman bütün subsidiyalar, gömrük və vergi rüsumları aradan qalxmalıdır. Buna gedəcəyimiz təqdirdə isə Azərbaycanın daxili bazarı məhv olar”.

"Ölkəmizdə sahibkarların kifayət qədər ciddi problemləri var. Daxili istehsalımız yox səviyyəyədir. 30 il ərzində Azərbaycan gömrük orqanları ölkəmizə bir şey verə bilməyibsə, bu müddət ərzində ancaq tənqid obyekti olubsa, mütləq bu qurumda köklü dəyişikliklər həyata keçirilməlidir. Bu dəyişikliklər kosmetik yox, kompleks və institusional formada olmalıdır”, - deyə Nuriyev vurğulayıb.

Əlavə edib ki, gömrük orqanları "regionçuluq oylağı”na çevrilib: "Təsəvvür edin ki, rəy yazan da eyni adamlardır, təsdiq edənlər də, sənəd verənlər də. Bu, açıq-aydın korrupsiya mexanizmidir. Burada hansı inkişafdan danışmaq olar? Gömrükdə idxal əməliyyatları zamanı məhsulun adını dəyişirlər. Daha ucuz məhsulla əvəz edirlər ki, dövlət rüsumu ödəməkdən yayınsınlar. Buna etiraz etdiyimə görə o zaman məni heç bir əsas olmadan işdən çıxardılar. Təmiz və vicdanla çalışan gömrükçüləri çoxdan yola salıblar”. Teref.az-ın məlumatına görə, iqtisadçı ekspert Pərviz Heydərov da AYNA-ya şərhində söyləyib ki, gömrükdə həyata keçirilən həbslər gözlənilən idi: "Çünki bu qurumda çox ciddi maxinasiyalar həyata keçirilir. Sahibkarlar kütləvi şəkildə Komitənin fəaliyyətindən narazılıq edirlər. Açıq şəkildə söyləmək olar ki, Dövlət Gömrük Komitəsi vətəndaşların ən çox narazı qaldığı qurumlardan biridir və buradakı özbaşınalıqlara, regionçuluğa, süründrüməçiliyə, qanunsuz ödənişlərə son qoyulmalıdır”.

"Bu gün Azərbaycanın daxili istehsal gücü zəifdir. Daxildə istehsal olunan məhsulların da xammalını əsasən xaricdən idxal edirik. Gömrük orqanları öz qanunsuz fəaliyyəti ilə nəinki sahibkarlara mane olur, şüurlu şəkildə ölkədə bahalaşma yaradırlar. Məhz buna görə də Azərbaycanda ərzaq inflyasiyası 50 faizə yaxınlaşıb”, - deyə müsahibimiz qeyd edib.

Heydərov hesab edir ki, gömrük orqanlarında kompleks islahatlar həyata keçirilməlidir: "Bu günə qədər Komitə rəhbərliyi onlara ünvanlanan tənqidlərdən nəticə çıxarmaq əvəzinə, tənqid söyləyənləri şər-böhtan atmaqda ittiham etməklə işini bitmiş sayırdılar. Çünki hər şey vahid mərkəzdən idarə olunurdu və baş verənlərdə Komitə rəhbərliyinin iştirakı var idi. Hesab edirəm ki, Komitədə köklü islahatlar aparılmalıdır. Bunun üçün müvafiq proqramlar işlənib hazırlanmalı, kadr hazırlığı məsələsinə xüsusi önəm verilməlidir. Əks halda bu dəyişikliklərin və həbslərin elə də ciddi nəticəsi olmayacaq”

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər