09:38 / 17-06-2021
Acun İlıcalı Bakıda
09:09 / 16-06-2021
İbrahim İbrahimli vəfat etdi
17:36 / 15-06-2021
Lənkəranda narkotacir tutulub
Bakı Baş Gömrük İdarəsinin daha bir vəzifəli şəxsi həbs edildi

Bakı Baş Gömrük İdarəsinin daha bir vəzifəli şəxsi həbs edildi

Bakı Baş Gömrük İdarəsinin daha bir əməkdaşı həbs edilib.

“Kanal1.az”bildirir ki, Binəqədi rayon Məhkəməsində Bakı Baş Gömrük İdarəsinin maliyyə inspektoru Azər Baxşıyev barəsində istintaq orqanın təqdimatına baxılıb.

Təqdimat təmin edilib və A.Baxşıyev barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi mayın 17-də Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirib.

Nəticədə idarənin vəzifəli şəxsləri - Elmar Mirzəyev, Emin Xəlilov, Mirağa Ağayev, Ceyhun Şabanov və Aydın Eylazov şübhəli şəxs qismində tutulub.

Daha sonra Binəqədi rayon Məhkəməsində həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçib. Onu da qeyd edək ki, Azər Baxşıyev Naxçıvan Muxtar Respublikasının sabiq Baş naziri Əlövsət Baxşıyevin qardaşı oğludur.

Ə. Baxşıyev 20 il Naxçıvan MR-nın Baş naziri olub.

Tarix: 24-05-2021, 16:48


Bölməyə aid digər xəbərlər