Sabirabadda ƏKİN-BİÇİN DAVASI... - Kəndli ÇARƏSİZ DURUMDA
 
Hər səhər yuxudan oyanan kimi su kanalına tərəf qaçırıq. Deyirik, birdən kanala su gələr, xəbərimiz olmaz”.

Səhərlərini möcüzə arzusuyla açanlar Sabirabadın Çöl Beşdəli kəndinin sakinləridir. Səhərlər gözlərini ova-ova kəndin ortasından keçən su kanalını yoxlamağa gedirlər. Ancaq hər dəfə də boş vedrələri yellədə-yellədə geri dönürlər. Uzun illərdir ki, Çöl Beşdəli və qonşuluqdakı kəndlərdə yaşayanlar yay fəsli gələndən ta payızadək susuzluqdan əziyyət çəkirlər.

"Kənddə filtirlənmiş su ötürülən krantlarımız var, ancaq heç vaxt su gəlmir. Ona görə də kanalın suyunu duruldub, işlədərdik. Neçə ildir ki, yay gələndə kanalda da su olmur. Gəlib baxsanız, görəcəksiniz ki, kanalın içərisində ya uşaqlar oynayır, ya da inəklər yatır”, – kənd sakini Samirə Əliyeva Meydan TV-yə danışır.

Mərhəmətli qonşular

Samirə xanım deyir, çox vaxt bu kənddə bir qonşu öz su problemini digər qonşunun hesabına həll edir:

"Bayaq siz zəng edəndə, mən 5-6 küçə o tərəfdə yaşayan qonşunun hovuzundan su daşıyırdım. Kimin bir az imkanı varsa, hovuz tikir, suyu da pulla alır, hovuzunda həmişə suyu olur. Mənim kimi imkansızlar da gedib ordan su götürür, sağ olsun belə qonşu”.

Samirə Əliyevanın iddiasına görə, əgər kənddən keçən su kanalına müdaxilə olmasa, hamı su görər:

"Kəndimizdən 2 kilometr qabağa getsəniz, görəcəksiniz ki, kanalda su var. Sadəcə, kanalın kəndimizə tərəf olan qolunun qarşısını kəsiblər, suyun istiqamətini məmurların əkin sahələrinə dəyişiblər. Bunu rayonda suya nəzarət edən hər bir məmur yaxşı görür, xəbəri də var. Çünki bunu edən də elə özləridir”.

Susuzluq pambıqçını yarı yolda qoyub

Kəndin ərazisindəki sahələrdə pambıq əkininə üstünlük verən hökumət suvarma məsələsini həll etsə də, su vaxtında verilmədiyi üçün sahələr "külə dönür”. Məsələn, kənd sakini Avtandil Əliyev bir neçə ildir ki, pambıqçılıqla məşğul olur. Ancaq həl il bu işdən zərərlə çıxır. Səbəb eynidir – su qıtlığı. İddia edir ki, bu qıtlığı yaradan rayonda suya nəzarət edənlərdir:

"Bir azdan məhsul yığımı başlayacaq, zavoda pambıq təhvil verməliyəm, ancaq yenə məhsul götürə bilməyəcəm. Kim çox pul verirsə, su da onun əkin sahəsinə yönəldilir”.

Avtandil Əliyev deyir, kənddə işsizlikdir. İnsanlar gözlərini əkinə dikib. Sahələrin susuzluqdan yanmasısa ailələrin ac qalmasına bərabərdir.

"Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Sabirabad Suvarma Sistemləri İdarəsi isə iddiaları qəbul etmir. İdarədən Meydan TV-yə bildirilib ki, sahələrin suvarılması üçün kifayət qədər su ehtiyatı var: "Hamı istəyir ki, birinci onun sahəsi suvarılsın. Ancaq bu iş növbəlilik qaydasında olur”.

Rayonun Su-Kanal İdarəsindənsə içməli su probleminə aydınlıq gətirilib:

"Gəlin, birlikdə gedək kanala baxaq, görək harda qazılıb, istiqaməti dəyişdirilibmi? Kanalda su havanın quraqlıq keçməsi səbəbindən quruyub. Bir neçə kəndin su təminatıyla bağlı alternativ yollar araşdırılır”.

2016-cı ildən başlayaraq pambıqçılığın inkişaf etdirilməsi hökumətin əsas diqqət ayırdığı sahələrdən birinə çevrilmişdi. Hökumət bu sahəni inkişaf etdirməklə həm yeni iş yerlərinin açılmasını, həm də ölkəyə valyuta axınını artırmağı düşündüyünü bəyan etmişdi. Həmin il prezidentin verdiyi sərəncamla emal müəssisələrinə satılmış hər kiloqram xam pambığa görə, istehsalçılara 0,1 manat subsidiya verilməsi də qərara alınmışdı. Prezident bildirmişdi ki, 2017-ci ildə pambıqçılıqda 200 mindən çox insan işlə təmin olunacaq. Ancaq bəzi ekspertlər hökumətin pambıqçılığın inkişafına xüsusi diqqət ayırmasını perspektivsiz hesab edirdilər. Onlar deyirdilər ki, pambıqçılığın neftlə müqayisədə əziyyəti çox, gəliri isə azdır. Hökumətin pambıq layihəsindən 5 il keçib və ötən müddət ərzində bu layihə özünü doğrultmayıb. Fermerlər bildirirlər ki, buna əsas səbəb susuzluq olub. Daha dəqiqi, ya quraqlıq üzündən su tapılmayıb, ya da su yalnız məmurların pambıq sahələrinə verilib. Nəticədə, ötən 5 il ərzində kəndlilərə məxsus yüzlərlə hektar pambıq sahələri yanıb. //Meydan TV//
 

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər