Neftçala sakinləri KİMDƏN VƏ NƏDƏN NARAZILIQ EDİR?.. -  
 
 
"Torpaq bölgüsü zamanı mənə verilən əkin sahəsi köhnə Rus-tatar qəbristanlığındadır. İndi mən qəbristanlığı necə əkim? Belə bölgü olmaz, Tatarməhlənin örüş və əkin sahələri yenidən, ədalətli formada bölünməlidir".

DİA.AZ xəbər verir ki, Neftçala rayon Tatarməhlə kəndinin sakinlərinin torpaq problemi var. Bu barədə DİA.AZ-a yazan sakinlər torpaq islahatı baş verən zaman bölgünün səhv aparıldığını deyirlər. İddia edirlər ki, kənd sakinlərinin örüş sahəsi imkanlı adamlara satılıb.

"Heyvanı ötürürük otlamağa, saat 12 olmamış qayıdıb gəlir. Çünki otlamağa yer yoxdur. Ancaq taxıl sahələri biçildikdən sonra heyvanlarımız otlamağa fürsət tapır. Özümüzə qalsa bir qarış da otlaq sahəmiz yoxdur. Dəfələrlə bu problemlə bağlı aidiyyatı qurumlara, hətta Kənd Təsərrüfatı Nazirliyinə də, müraciət etmişik, problemimiz isə bu günə qədər həll olunmayıb", -Tatarməhlə sakini bildirir.


"Bizi elə vəziyyətə salıblar ki, dərdimizə çətin çarə tapıla. Demək torpaq bölgüsü olan zaman bələdiyyə sədri məmurlara nizamlı, daha münbit torpaqdan pay verdi. Onlara verilən pay torpağının hamısı eyni cərgədə, kənd camaatına, qısmən kasıb adamlara isə pərakəndə formada. Təsəvvür edin, mənim ailəmə 5 ha torpaq sahəsi düşürsə bunun 2 hektarı bir yerdədi, 1 hektarı başqa yerdə, qalan 2 hektarı isə pay torpaqları üçün nəzərdə tutulan sahənin tamam başqa səmtində. İndi bu bölgüdə ədalət axtarsaq, taparıqmı?", -başqa bir sakin narazılığını belə ifadə edir.

"Torpaq bölgüsü zamanı mənə verilən əkin sahəsi köhnə Rus-tatar qəbristanlığındadır. İndi mən qəbristanlığı necə əkim? Belə bölgü olmaz, Tatarməhlənin örüş və əkin sahələri yenidən, ədalətli formada bölünməlidir", - torpaq bölgüsündən narazı qalan digər Tatarməhlə sakini belə deyir.

Sakinlərin sözlərinə görə dəfələrlə telekanallara müraciət ediblər, onlar da gəlib kəndin torpaq problemi haqda sujet hazırlayıb, yayımlayıblar. Buna baxmayaraq heç bir rəsmi qurum məsələyə reaksiya verməyib.

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər