Gündəm / Manşet
17.07.2022, 14:32
Yevlaxda qəzaya düşən polis əməkdaşı öldü
Yevlaxda qəzaya düşən polis əməkdaşı həlak olub.
Turkdunyasi.az məlumatına görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Kamran Məmmədov təlimə gedərkən rayon ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.
Qeyd edək ki, hadisə nəticəsində polis avtomobilində 4 nəfər polis əməkdaşı olub. Onlardan ikisi yaralı vəziyyətdə xəstəxanaya çatdılıb, digər bir nəfərin isə axtarışları davam etdirilir.Faktla bağlı araşdırma aparılır.
KanalS.az