07:40 / 18-05-2022
Bakıda qadın intihar etdi
07:32 / 18-05-2022
Kobra stəkandan su içir
14:07 / 17-05-2022
Mirzoyan Brüsselə gedir
Bakıda səfirlik əməkdaşı qəzaya düşdü

 

Bakıda səfirlik əməkdaşı yol qəzasına düşüb.
 
Turkdunyasi.az "Trend"ə istinadən xəbər verir ki, hadisə bu gün saat 11 radələrində baş verib.
 
Belə ki, 1987-ci il təvəllüdlü Türkiyə vətəndaşı Yüzak Taner idarə etdiyi avtomobillə hərəkətdə olaraq

digər avtomobillə toqquşub. Hadisə nəticəsində ağır xəsarət alan Y. Taner xəstəxanaya yerləşdirilib.
 
Qəzada xəsarət alan Y.Tanerin Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşı olduğu deyilir.
 
Kliniki Tibbi Mərkəzin Mətbuat Xidmətinin rəhbəri Elnur Hidayətoğlu bildirib ki, qəzada ağır xəsarət alan Türkiyə vətəndaşı mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.
 
"Dərhal yaralıya ilkin tibbi yardım göstərilib. KT və ultrasəs müayinəsi aparılıb. Hazırda yaralı qapalı kəllə beyin travması ilə Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır stabil olaraq qalır", - E.Hidayətoğlu qeyd edib.


Tarix: 13-05-2022, 13:56


Bölməyə aid digər xəbərlər