Savaşın ilk günündə şəhid olan iki qardaşa qarşı HAQSIZLIQ... -
 
 
Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidləri – Şəhid qardaşlar-Əli və İslam Əhmədovların anası Sevinc Səlim qızı Əhmədova ölkə Przidenti, Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident, ölkənin Birinci xanımı Mehriban Əliyeva, Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Müdafiə naziri Zakir Həsənov, Mədəniyyət naziri Anar Kərimov, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Müdafiə nazirinin Birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Kərim Vəliyev, parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərova müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

"Cənab Prezident, cənab Müzəffər Ali Baş Komandan!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Sevinc Səlim qızı Əhmədova Mingəçevir şəhərində, "Günəşli” yaşayış massivində yaşayıram və Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidləri-Əli və İslam Əhmədovların anasıyam. İki övladım, iki oğlum var idi, hər ikisi də İkinci Vətən Müharibəsi zamanı Vətən, Qarabağ yolunda canlarını fəda etdi, qəhrəmancasına həlak oldu, Şəhidlik məqamına yüksəldilər. Övladlarım hərbçi idi və hər ikisi də eyni gündə, sentyabrın 27-də Şəhid oldu və eyni gündə, ayın 28-də torpağa tapşırıldılar.

Bir ana üçün övlad itkisi, övlad acısı nə qədər əzablı, nə qədər ağrılı, nə qədər dözülməz olsa da, hər iki övladımla Fəxr edir, Qürur duyuram. Fəxr edir, Qürur duyuram belə Oğulların, Əli və İslam kimi İgidlərin, Qəhrəmanların, Vətən fədailərinin anasıyam. Övladlarım da daxil olmaqla, cəmi Şəhidlərimizin, Şəhid balalarımızın ruhları qarşısında baş əyirəm!

Qeyd edim ki, hər iki övladım Şəhidliklərindən sonra Ali Baş Komandan kimi Sizin tərəfinizdən bir neçə medalla təltif olunublar. Buna görə Sizə minnətdarlığımı bildirirəm. Allah Sizi, Ordumuzu, Qalib Azərbaycanımızı qorusun!”

Müraciətdə daha sonra deyilir:

"Çox hörmətli İlham Heydər oğlu!

Sizə müraciət etməkdə məqsədim övladlarının adının, xatirəsinin əbədiləşdirilməsi, onların Haqq etdikləri ordenlərlə təltif edilməsi ilə bağlıdır. Elə bu yerdə qeyd edim ki, İkinci Vətən Müharibəsində 7 ailə, 7 ana iki övladını Vətən yolunda qurban verib və onlardan biri mənəm. Həmin ailələrin bir neçəsində artıq övladlarından heç kim qalmayıb. Mənim də yuxarıda qeyd etdiyim kimi, cəmi iki övladım var idi və hər ikisi də canını Vətən yolunda fəda etdi. Mən övladlarımı minbir əzab-əziyyətlərlə böyütmüşdüm. Çünki həyat yoldaşımı illər öncə itirmişdim. Övladlarıma həm ana, həm ata olmuşdum. Övladlarımdan sonra kimsəm qalmayıb, tək-tənha yaşayıram və övladlarıma qovuşacağım günü gözləyirəm.

Amma istəyirəm ki, övladlarımın Haqqı, əziyyəti yerdə qalmasın. Onlar, eləcə də iki oğlunu itirmiş ailələrin övladları Vətən Müharibəsi Qəhrəmanı fəxri adı və ya ən ali ordenlərimizdən biri ilə təltif edilsinlər. Çünki bu, onların Haqqıdır. Bu məsələ ilə bağlı dəfələrlə bütün instansiyalara müraciətlər etsəm də, Müdafiə Nazirliyində, Prezident Administrasiyasında olsam da, bir neçə dəfə Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, Sizin köməkçiniz Məhərrəm Əliyevlə görüşsəm də və hər dəfə vədlər verilsə də, ötən müddət ərzində övladlarım Haqqı olan ordenlərlə təltif edilməyiblər. Belə görünür ki, onların təqdimatı verilməyib, əgər verilmiş olsaydı, inanıram ki, Sizin sərəncamlarınızla onlar ordenlərə layiq görülər və Haqlarını alardılar.

Amma çox təəssüflər olsun ki, övladlarımın orden Haqqı hələ də tanınmayıb. Bu isə hər iki övladını itirmiş bir ana kimi məni çox üzür, çox incidir, çox yaralayır. Ona görə Sizdən xahiş və rica edirəm ki, həm mənim övladlarım, həm də iki oğlunu Şəhid vermiş ailələrin Şəhid balaları Azərbaycanımızın ən ali ordenlərindən biri ilə təltif olunsunlar.

Eyni zamanda istəyirəm ki, yaşadığımız küçəyə, eləcə də Mingəçevirdəki məktəblərdən birinə övladlarımın adı verilsin. Bu da balalarımın, Şəhidlərimin Haqqıdır. İstəyirəm ki, bu məsələ ilə bağlı müvafiq qurumlara və şəxslərə göstəriş və tapşırıqlar verəsiniz, bu məsələnin müsbət həllini tapmasına köməklik göstərəsiniz.

Bununla yanaşı, nəzərinizə çatdırım ki, övladlarımın öz halal zəhmətləri ilə aldıqları, üzünü doyunca görmədikləri və hazırda da mənim yaşadığım evi balalarımın xatirəsinin yaşadılması üçün ev-muzeyinə çevirmişəm. İstəyirəm ki, bu ev-muzeyi dövlət qeydiyyatına alınsın, dövlətin mülkiyyətində, balansında olsun və gələcək nəsillərimiz bu ev-muzeyi ilə, övladlarımın qəhrəmanlıqları, şərəfli həyat və döyüş yolu ilə tanış olsunlar. Bu məsələdən Mədəniyyət Nazirliyi də xəbərdardır, hətta ev-muzeyinin dövlət muzeyi (ya da dövlət muzeyinin filialı) kimi qeydə alınması ilə bağlı adıçəkilən Nazirliyin razılığı da ortadır. Amma çox təəəssüflər ki, aylardır bu məsələ də uzanır, yubanır. İstəmirəm ki, məndən sonra bu ocaq, bu ev-muzeyi dağılıb-getsin. İstəyirəm ki, bu ocaq, bu ev-muzeyi daim yaşasın, daim qorunsun, dövlətin nəzarətində olsun.

Ona görə Sizdən xahiş və rica edirəm ki, Mədəniyyət Nazirliyi və Nazirlər Kabinetinə müvafiq göstəriş və tapşırıqlar verəsiniz və bu məsələnin tezlikə müsbət həllnii tapmasına köməklik göstərəsiniz. İnanıram ki, belə də olacaq, hər üç məsələ, hər üç xahişim həssaslıqla qarşılanacaq, nəzərə alınacaq və öz müsbət həllini tapacaq. Az da olsa, həm Şəhidlərimin ruhu rahatlıq, huzur tapmış olacaq, həm mənə təskinlik, təsəlli olacaq. Mən özümlə bağlı heç bir xahiş, rica etməmişəm və etmirəm, heç nədə gözüm yoxdur, mənə heç nə lazım deyil. Sadəcə, övladlarımın adının, xatirəsinin yaşadılmasını, onların Haqqının tanınmasını istəyirəm.

Öncədən də Sizə minnətdarlığımı bildirirəm. Allah bir daha Sizi və Müstəqil, Azad, Qalib Azərbaycanımızı qorusun!”

Etikxeber.az

Son xəbərlər

Əfv sərəncamı nə vaxt veriləcək, kimlərə şamil ediləcək? – AÇIQLAMA

FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? – Elnar İmanov cərimələndi, narazı qaldı

Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Xırdalandakı bağça müdirinin şok səs yazısı – Müəllimləri niyə təhdid edir

Gəncə xəstəxanasının vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edildi

Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar

“Düz əyrini kəsir” – Görülən işlərə nəzər saldıqda…

Ermənistan müxalifətinin etirafı: Göyçə və Zəngəzurun bir hissəsi Azərbaycana qaytarılacaqmı? - VİDEO

Gürcüstanda vəziyyət təhlükəli fazaya keçir: naməlum şəxslər HÜCUMA KEÇDİLƏR

Gümrüdə Azərbaycanın hərbi bazası olsun – Ermənistanda şok iddia

İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?

Abşeronda ANARXİYA və KORRUPSİYA… Sən saydığını say, gör Fərzəliyev nə sayır

Yevlaxın YARITMAZ BAŞÇISI Dövlət vəsaitini talayır- BU NƏDİ BELƏ?!

Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:vəzifə təyinatları, aylıq paketlər və s.

Qazaxda BİABIRÇILIQ: 3 min illik Tarixi abidə sökülüb üzərində obyekt tikilir

Xəqani Bəşirlinin ümidinə qalan KADR SİYASƏTİ… – “Bu adam ən böyük sehrbazdır…”

İbarhim Nehrəmlinin Qəbələdə törətdiyi ekoloji terrordan Muxtar Babayevin xəbəri varmı

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

“VEYSƏLOĞLU” Aydın Talıbov, bu dünyanı oyuncaqmı bilirsən?- Mansur Məmmədov

Milyonçu Adnan Əhmədzadənin “Rahat market”i işçiləri qula çevirib

İcra başçısının qohumu həbs edildi.Növbə Başçıya da çatacaq…

Xəbərdarlıq: Yer kürəsini bürüyən “qırmızı” maqnit qasırğasının 5 FƏSADI

İlham Əliyev bu qanunu təsdiqlədi

Qız oğlana, oğlan qıza bənzəyir: Azərbaycanı bürüyən bəlanın qarşısı necə alınmalıdır?

İndi biz sülhə doğru gedirik - İlham Əliyev

Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi - İlham Əliyev

Türkiyə Ermənistanla sülh istəmir: 4 kəndin Azərbaycana qaytarılması İranda necə qarşılanıb?

Ermənistanla yeni sərhəd bu kəndin ortasından keçəcək - DETALLAR

Almatı danışıqlarının arxasında hansı ölkə var? - Ermənilər qorxuya düşüb

Rusiyada miqrantlarla bağlı sərt qayda: onlar vətəndaşlıqdan məhrum edildi

Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi

ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü - TƏCİLİ

Fermer əmin etdi: Bu tarixdən pomidor ucuzlaşmağa başlayacaq

Bütün xəbərlər