Gündəm
30.08.2021, 23:07
Əsgər anasının müdafiə naziri cənab Zakir Həsənova müraciəti.
Azərbaycan Respublikası müdafiə naziri, cənab Zakir Həsənova.
Bakı şəhər sakini Yasamal rayon ikinci alatava yaşyış massivində, yaşayan Ələkbərova Aygün Xanoğlan qızı tərəfindən ərizə.
Hörmətli cənab nazir yazıb məlum edirəm ki,mənim hər iki övladım Ələkbər Kamran Yusif oğlu və, Ələkbərov Turxan Yusif oğlu hal hazırda, torpaqlarımızı düşmən tapdağından azad olunması üçün və, Azərbaycan Respublikası prezidenti silahlı qüvvələrinin ali baş komandanı, cənab İlham Əliyevin vermiş olduğu döyüş əmrinin icrası ilə bağlı olaraq, vətənimiz və dövlətimiz, Azərbaycanın müdafiəsi uğrunda, hərbi hissəyə, yola düşmüşdür. Cənab prezidentin və siz cənab nazirin uzaq görən siyasətinin, nəticəsi olaraq milli ordumuz qələbə xəbəri ilə, vətən torpaqlarımızı,(yağı düşmən) tapdağından azad etmişdilər. Bəli bu qələbə xəbəri bir əsgər anası kimi, mənidə çox sevindirmişdir.
Hörmətli Nazir
Sizdən bir əsgər anası və bir, Azərbaycan qadını olaraq xaiş edirəm mənim övladlarım Ələkbərov Kamran Yusif oğlu və Ələkbərov Turxan Yusif oğlunu, hərbi hissədə qalan xidmət müddətlərini, arxa cəbhədə xidmət etmələri üçün mən əsgər anasına və bir Azərbaycan qadınına, köməklik göstərməyiniz sizdən son dərəcədə xaiş edirəm.
Hörmətlə Bakı şəhər sakini ikinci alatava yaşyış massivində yaşayan Ələkbərova Aygün Xanoğlan qızı.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay