"Rəşad Tağıyevin Şəmkirə rəhbərlik etdiyi 10 ay müddətində barəsində gedən silsilə yazılar, haqqında deyilən tənqidi fikirlər hər gün öz sübutunu tapmaqdadır. Belə ki, gənc oğlan təsadüf nəticəsində ölkə rəhbərliyinə "fövqəladə istedadlı " gənc kimi təqdim olunaraq, Şəmkir kimi kənd təsərrüfatı, sənayə, istehsal üzrə ağır siyasi çəkiyə və maddi imkanlara malik rayona rəhbər təyin olundu". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Daha sonra məqalə müəllifi davam edir: "Deyək ki, gənc oğlanın qisməti imiş gəldi çıxdı haqq etmədiyi vəzifəyə. Həyat onsuz möcüzələrlə doludur, bu da oldu növbəti möcüzə.

RƏŞAD TAĞIYEV ŞƏMKİRİ NİYƏ İDARƏ EDƏ BİLMİR?!

Dəfələrlə mediada gedən yazılardan, vətəndaşlarla görüşlərdə üzünə qarşı deyilənlərdən, qəbula gələn vətəndaşların konkret olaraq dediklərindən nəticə çıxarmağa bacarmayan, əksinə hər addımında, hər iclaslarında tabeliyində olan işçiləri təhdid etməkdən çəkinməyərək, agentura şəbəkəsi axtarmağa cəhd edən gənc oğlan, dönüb bir ətrafına baxsa daha yaxşı olar.

Gəldiyi ilk günlərdə özü ilə Bakıdan Şəmkir Kommunal Müəssisələr Kombinatına Alışan Yusibovu gətirməklə, ona icra hakimiyyətinun 57-AA-459 nömrəli xidməti avtomobilini ayırmaqla, Rəşad Tağıyev ilk siyasi səhvini etdi. Ardınca bütün ölkənin gözü Şəmkir rayon icra hakimiyyətinin 1 ci müavini vəzifəsində olduğunu bilərək, sadəcə olaraq doğum yeri Şəmkirin Seyfəli kəndi olan, doğulduğu gündən bütün ailəsi və nəsli ilə Bakıda yaşayan, dövlət qulluğunda 1 gün də olsun əmək fəaliyyəti olmayan, nitq qüsurlu Süleyman Zeynallının 1 ci müavin təyin olunmasına razılıq verməklə, daha ciddi səhv etdi. Niyə razılıq verməklə deyə qeyd edirik?! Çünki Rəşad Tağıyev hər çıxışında bildirir ki, belə məsləhət oldu, mən də razılaşdım, yoxsa Süleyman müəllimi mən hardan tanıyırdım ki ?! Təsəvvür edirsinizmi ?!

Rəşad Tağıyevin davam edən səhvlərini saymaqla bitib tükənməz. Lakin ən vacibini qeyd edirik. Bu günlərdə qazi ilə bağlı baş verən faciənin birbaşa səbəbkarı Sənədlər və Vətəndaşlarla iş Şöbəsinin müdiri Elgün Seyidovdur. Belə ki, Vətəndaşlarla başçını görüşdürməyə məsul olan şəxsin laqeydliyi nəticəsində qazimiz az qala faciə nəticəsində həlak olacaqdı. Elgün Seyidov eyni zamanda özünü mətbuat xidmətinin rəhbəri kimi təqdim etməyə çalışır. Sual olunur, dünənki hadisədən dərhal sonra bütün media nümayəndələri Elgün Seyidovdan informasiya almağa çalışdığı halda niyə Elgün Seyidov zənglərə cavab verib doğru açıqlama vermədi?!
Rəşad Tağıyev neçə ki Alimpaşa Məmmədovdan qalmış səriştəsiz, qabiliyyətsiz, savadsız kadrlardan canını, yaxasını qurtarmayıb, beləcə biabır olmağa məhkum olacaq ! Neçə ki, Rəşad Tağıyev Süleyman Zeynallı ilə, Alışan Yusibovla gələcək görəcək, deməli Şəmkirdən biabırçı şəkildə gedəcəyi gün uzaqda deyil ! HƏLƏ GEC DEYİL, CƏNAB BAŞÇI !"

İddia olunanlarla bağlı Teref.az olaraq bütün maraqlı tərəflərun mövqelərini işıqlandırmağa hazırıq...

Son xəbərlər

Abşeronda ANARXİYA və KORRUPSİYA… Sən saydığını say, gör Fərzəliyev nə sayır

Yevlaxın YARITMAZ BAŞÇISI Dövlət vəsaitini talayır- BU NƏDİ BELƏ?!

Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:vəzifə təyinatları, aylıq paketlər və s.

Qazaxda BİABIRÇILIQ: 3 min illik Tarixi abidə sökülüb üzərində obyekt tikilir

Xəqani Bəşirlinin ümidinə qalan KADR SİYASƏTİ… – “Bu adam ən böyük sehrbazdır…”

İbarhim Nehrəmlinin Qəbələdə törətdiyi ekoloji terrordan Muxtar Babayevin xəbəri varmı

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

“VEYSƏLOĞLU” Aydın Talıbov, bu dünyanı oyuncaqmı bilirsən?- Mansur Məmmədov

Milyonçu Adnan Əhmədzadənin “Rahat market”i işçiləri qula çevirib

İcra başçısının qohumu həbs edildi.Növbə Başçıya da çatacaq…

Xəbərdarlıq: Yer kürəsini bürüyən “qırmızı” maqnit qasırğasının 5 FƏSADI

İlham Əliyev bu qanunu təsdiqlədi

Qız oğlana, oğlan qıza bənzəyir: Azərbaycanı bürüyən bəlanın qarşısı necə alınmalıdır?

İndi biz sülhə doğru gedirik - İlham Əliyev

Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi - İlham Əliyev

Türkiyə Ermənistanla sülh istəmir: 4 kəndin Azərbaycana qaytarılması İranda necə qarşılanıb?

Ermənistanla yeni sərhəd bu kəndin ortasından keçəcək - DETALLAR

Almatı danışıqlarının arxasında hansı ölkə var? - Ermənilər qorxuya düşüb

Rusiyada miqrantlarla bağlı sərt qayda: onlar vətəndaşlıqdan məhrum edildi

Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi

ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü - TƏCİLİ

Fermer əmin etdi: Bu tarixdən pomidor ucuzlaşmağa başlayacaq

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı xəbərdarlıq etdi

Abşeronda avtomobil qəzası olub, xəsarət alan var

Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər

ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."

Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü

İlk dəfə açıqlandı: Bakı və İrəvan arasında birbaşa əlaqə necə yaradılır?

Xəritə yayıldı, bu ərazilər Azərbaycanın nəzarətinə keçir - Ermənistan iflic olacaq

Astana Bakı-İrəvan danışıqlarına ev sahibliyi edə bilərmi?

Bütün xəbərlər