Hadisə / Manşet
15.03.2021, 08:38
Bakıda gənc oğlanın boğazını kəsdilər
Bakının Nizami rayonunda yerləşən iri supermarketin sanitar qovşağında boğazı kəsilmiş 28 yaşlı oğlan tapılıb.
"Kanal1.az"ın məlumatına görə, hadisə metronun "Koroğlu" stansiyasının yaxınlığında yerləşən supermarketlərin birində qeydə alınıb.
Marketin işçiləri sanitar qovşaqda bir nəfəri boğazı kəsilmiş halda aşkar ediblər. Yaralı xəstəxanaya çatdırılıb. Onun 1993-cü il təvəllüdlü İsmayılov Şakir Bəşir oğlu olduğu müəyyən edilib.
Hadisənin təfərrüatları polislər tərəfindən araşdırılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay