Ağdamın icra başçısı Vaqif Həsənovun ŞƏHİD AİLƏLƏRİNƏ QARŞI KİNDARLIĞI
 
 
İcra başçısı əslən ağdamlı olan şəhidin atasına deyib ki, oğlun İmişlidə doğulub, get orada bulaq tik..

Adını soyadını soruşmuruq. Vəzifən də hamıya bəllidir. Tərcümeyi-halında çox şey yazılıb. Tarix fakültəsini bitirməyin də, sonra 45 yaşında "AZİ”-nin Faydalı qazıntı yataqları fakültəsini bitirməyin də, Neft daşlarında elektrik çilingəri işləməyin də, sonra "partkom” olmağın da, Qaradağ RİH-də, Xəzər RİH-də müavin, 1-ci müavin olmağın da və Ağdamın icra başçısı olmağın da yazılıb.
Yuxarıda yazdıq ki, tərcümeyi-halında çox şey yazılıb, amma hər şey yox.
Sənin kimliyin, nəçiliyin barədə indi Gundelik-Bakı olaraq biz yazmaq, səni cəmiyyətə tanıtmaq istəyirik.
Yazmaq istəyirik ki, şəhidlərin qanı qurumadan içkili və maskasız vəziyyətdə doğulduğun Əliağalı kəndinə getməyin barədə ölkə mediası yazdı, videonu göstərdi.
Bu barədə nə təkzib verdin, nə də bir söz dedin. Heç göz yaşları qurumayan şəhid analarından utanıb ayıb etmədinmi ?
Bəs ölkə səviyyəsində karantin qaydalarını niyə pozub, heç nəyi saymazyana Ağdama turist kimi getmişdin.
Axı, sən özün ağdamlısan, özün də o boyda rayonun icra başçısısan.
İşğaldan yenicə azad olunmuş o müqəddəs torpaqlara içkili vəziyyətdə getmək təkcə şəhid ailələrinə deyil, həm də ölkə rəhbərliyinə hörmətsizlikdir.
Yaxşı bunları sənin vicdanına yazaq.
Bəs şəhidin qardaşını niyə işdən çıxardın ?
Axı, bu ailənin üzvünün bu torpaqda işləməyə və yaşamağa sənin kimi məmurlardan daha çox mənəvi haqqı var.
Əsgər ailəsini "Səni içəri soxduracam” deyib hədələyirsən. Vaqif Həsənov, sən doğrudanmı, bu dərəcədə həddini aşmısan ?
Yəni sənin kimi bəzi məmurlar üçün heç bir müqəddəs dəyər yoxdur ?
Bəlkə, 5000 manat rüşvət alarkən yayılmış səs yazısından danışaq.
Bəlkə təzədən yadına salaq ki, həmin səs yazısında 2011-2013-cü illərdə Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini, 2013-2018-ci illərdə isə Bakı şəhəri Xəzər Rayon İcra hakimiyyəti başçısının birinci müavini vəzifələrində işləmiş Vaqif Həsənov vətəndaşa icra hakimiyyəti tərəfindən torpaq ayrılması və ev tikmək üçün icazənin verilməsi sənədi üçün əvvəlcədən 5000 manat rüşvət alır. Səs yazısında vətəndaş "Mersedes” markalı avtomobilini sataraq hələlik pulun 5 min manatını gətirdiyini və yerdə qalanını isə bankdan kredit götürərək gətirib verəcəyini açıq şəkildə deyir. Başçı müavini Vaqif Həsənov isə rüşvət aldığı vətəndaşa narahat olmamağı və ömürlük sənəd verəcəyi vədini verir.
Yadına düşdümü, Vaqif Həsənov ?
Bu yaxınlarda bir dostuna demisən ki, köhnə səs yazısıdır, onda icra başçısı deyildim.
Əcəb məntiqdir, cənab Həsənov. Məgər 3-5 il əvvəl etdiyin əməllər unudulur ?
Məgər məmur, fərqi yoxdur, icra başçısıdır, yoxsa müavin, 5 il əvvəl aldığı rüşvətə görə, məsuliyyət daşımır ?
Bəlkə, sabiq nazir Ziya Məmmədovun qardaşı oğlu Aynar Məmmədovla sənin oğlunun birgə həbs olunmasını yadına salaq ? Niyə həbs olunmuşdular ?
Daha nələri yadına salaq ki, bəlkə yuxudan oyanasan.
Bəlkə, Maliyyə Nazirliyinin Ağdamda apardığı sonuncu yoxlamanı xatırladaq.
Ayyarımlıq yoxlama Ağdam rayonunda dəhşətli faktlar ortya çıxardı. Amma yenə sən sudan quru çıxa bildin.
Yoxlamanın nəticələrinin yaxın zamanda müzakirə olunması xəbəri səni yaman narahat edib.
Cənab Həsənov ! Həyat yoldaşın Sədaqət Həsənova Ağdamda bircə dəfə də olmadığı halda rayon Təhsil Şöbəsini onun "kuratsiyasına” vermisən.
Hansı ki, Sədaqət Həsənova Bakıda qeydiyyatda olduğu, Neftçilər prospekti ev 5 ünvanında yerləşən mülkdə yaşayır. Yeri gəlmişkən bu mülk Həsənovların çoxsaylı sərvətinin kiçik bir hissəsidir.
Onu da qeyd edək ki, Vaqif Həsənovun oğlu Vasif Həsənli Qarabağ döyüşlərində iştirak etməyib.
Biz hamıdan qəhrəmanlıq, şücaət gözləyəcək dərəcədə sadəlövh deyilik, cənab Vaqif Həsənov.
Sən də barı o torpaqlar uğrunda canından keçən şəhidlərin ruhuna hörmətlə yanaş də.
İndi isə keçək, icra başçısı Vaqif Həsənovun lap son əməllərinə.
Deməli, Vətən Müharibəsinin qəhrəman şəhidlərindən biri də İmişlidə anadan olan, amma əslən Ağdamlı olan kapitan Əsəd Həsənovdur.
Şəhid kapitanın 2 övladı yadigar qalıb.
Heç kimə sirr deyil ki, şəhid ailələri üçün maddi dəstək öz yerində, əsas mənəvi təsəllidir. Yəni şəhidlərin xatirsəinin əbədiləşdirilməsi.
Bəli, şəhid kapitanın da atası oğlunun şəhid olduğu ərazidə onun xatirsəni əbədiləşdirmək üçün bulaq və ya xatirə lövhəsi ucaltmaq istəyib. Və bunun üçün yerin sahibi olan kənd sakinindən xahiş edib.
Kənd sakini bildirib ki, mənim torpağım Əsədə qurbandır, Əsəd mənim vətənimi mənə qaytarıb.
Sonra məsələ gəlib çıxıb Ağdam İcra hakimiyyətinə.
Ağdamın icra başçısı Vaqif Həsənov şəhid atasını get-gələ salaraq gözləməyi bildirib, sonra sözünə əməl etməyib. Və nəhayət...
Vaqif Həsənov şəhid kapitanın atasına deyib ki, Əsəd Ağdamda deyil, İmişlidə doğulub, gedin ona orada bulaq tikin...
Ey Vaqif Həsənov !
Özün torpaq uğrunda döyüşməmisən, oğlun döyüşməyib.
Ona görə də sənə çatmır ki, şəhid Ağdamlı, Ağdaşlı, yaxud Qubadlı, Qubalı olmur. Şəhid Azərbaycan övladıdır, onun bu torpağın hər qarışında abidəsi ola bilər.
Yazının başlığına əbəs yerə çıxarmadıq ki...
Sən kimsən, nəçisən, Vaqif Həsənov ?
İndi bildinmi kimsən... gundeliki baki.com

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər