Videoda da baxmısınız ki, bir dənə başqa söz işlətməmişəm. Açığını deyim ki, orda mən çox həyəcanlı idim. İcra başçısından açıqlama-VİDEO
Xəbər verdiyimiz kimi sosial şəbəkələrdə Ağdam rayonunun icra başçısı Vaqif Həsənovun videosu yayılıb. Videoda iddia edilir ki, icra başçısı doğma kəndi olan Ağdamın Əliağalı kəndini ziyarət edərkən guya içkili olub.

"Kanal1.az" xəbər verir ki, Məsələylə bağlı açıqlama verən icra başçısı Vaqif Həsənov haqqında deyilənlərin şər-böhtan olduğunu bildirib:

“İlk öncə onu qeyd edim ki, mən içki içən adam deyiləm. Ümumiyyətlə, içki qəbul etmirəm. Bu səfər təxminən noyabrın 26-da baş tutub. İtaliyanın Xarici İşlər Nazirinin müavini, eləcə də bir neçə xarici şirkətlərin nümayəndələri və eyni zamanda, Qarabağ həqiqətlərini dünyaya yayan məşhur fotoqraf Rza Deqatigillə birlikdə Ağdam rayonuna getmişdim. Mənə rəsmi tapşırıq verilmişdi ki, Ağdamın müəyyən yerləri ilə bağlı onlara məlumat verim. Nümayəndə heyətini yola salandan sonra doğma kəndimiz olan Əliağalı kəndinə yollandıq. Kəndimiz Ağdamın düşmən mövqeləri ilə yaxın olan ərazidə yerləşir. Bizim kənddə hərbi hissə də var. Biz əsgərlərimizə baş çəkmək üçün ilk öncə hərbi hissədə olduq. Ora gedəndə müharibə dövründə dostlarımız tərəfindən gətirilən istilik radiatorlarını aparıb hərbçilərimizə verdik. Eyni zamanda, hərbi hissənin komandiri ilə birlikdə ata evimizə yollandıq. Orda göstərdim ki, bura mənim atamın xalası oğlunun evidir, bura bizim heyvanların tövləsidir, beton divarı isə qardaşım tikmişdi. Özünüz də videoda baxmısınız ki, bir dənə başqa söz işlətməmişəm. Açığını deyim ki, orda mən çox həyəcanlı idim. Mən əslində Bakı şəhərində yaşamışam, məcburi köçkün deyiləm, amma ora mənim doğma yurdumdur.

Təbii ki, 1993-cü ildən bu günə kimi vətən həsrəti hamımızda var. Mən orda çox təbii hisslər keçirmişəm, kişi kimi boynuma alıram ki, bütün bunlar mənim danışığıma da təsir etmişdi. Ermənilərin yurd yerlərimizi o günə qoyduqları üçün içimdə ağlamışam.

Bu videonu İfadə Cəfərzadə adlı ağdamlı qadın yayıb. O, qadın Ağdama və bizə qarşı qeyri-obyektiv mövqe tutan bir insandır. Bu xanım müharibə dövründə döyüş bölgələrinə getməyə can atan bir adam idi. Mən də bir icra başçısı kimi onun Ağdam rayonuna gəlməsinə icazə verməmişəm. Adı çəkilən xanım əvvəl də haqqımda həqiqətə uyğun olmayan məlumatlar yaymışdı. Haqqımda bu cür şeylər yayan insanlara yazıqlar olsun deyirəm”.
Sözügedən videonu təqdim edirik:

Baxar.az

Son xəbərlər

Havalar istiləşən kimi bu xəstəliklər yayılacaq - XƏBƏRDARLIQ

Son 20 ilin ən böyük XƏBƏRDARLIĞI - Martın 29-dək...

F-16-lar Rusiyaya qarşı istifadə edilsə, onlar qanuni hədəfə çevriləcək - Putin Qərbi hədələdi

Aprelin 5-nə diqqət: Erməni revanşizmini körükləyən Qərb qanlı planı işə salır

İki il sonra ilk dəfə: Xarkova hava bombası ilə zərbə endirildi

Daha 27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb

D vitamini almaq üçün Günəşin altında nə qədər qalmalıyıq?

Tikinti materialları bazarında SON VƏZİYYƏT: Hansı məhsullar UCUZLAŞDI?

Ermənistan “Crocus”da törədilən terror aktını pisləməyib

Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? - AÇIQLAMA

Müəllim sənəti müqəddəs sənətdir

GƏNCƏ ŞƏHƏR SABİR KÜÇƏSİNDƏKİ MƏHŞUR BAXICI NATAŞA XANIMA KİMLƏR HİMAYƏDARLIQ EDİR VƏ AİDİYYATI QURUMLAR HARA BAXIR?

Hərbi xidmət yaşı artırılmalıdır? – Polkovnik və psixoloqdan TƏZADLI YANAŞMA

Sonra da deyirsiiniz ki, turistlər niyə gəlmir… – HARA VƏ NİYƏ GƏLSİNLƏR Kİ?..

Lənkəranın icra başçısını bu səbəbdən öldürmək istəyiblər – İlham İsmayıl ŞOK detalları açıqladı

Elnur Rzayevin rayondan ümumiyyətlə, xəbəri yoxdur…” Belə başçı olar?- GİLEY

Şərlənərək həbs edildiyi iddia olunan şəxsin anası ölkə başçısına müraciət etdi-Şikayət

“WhatsApp”dan videolarla bağlı YENİLİK

Kremldən Ermənistan etirafı: Təəssüf ki...

Azərbaycan 4 kəndi götürəcək və İrəvana... - Paşinyanın qapalı görüşdəki etirafı yayıldı

Paşinyan: “Ermənistan KTMT-də iştirakını dondurub”

Sabah 17 dərəcə isti olacaq - HAVA PROQNOZU

Şəmkir rayon Düyərli Tibb Ailə Sağlamlıq Mərkəzinin həkimi Nizami həkim öz peşəsini vicdan və ləyaqətlə icra edir

Mən dünyada müəllimdən yüksək ad tanımıram!

Tələbələr belə hallarda universitetdən xaric ediləcəklər

Moskva terrorunun təşkilatçıları bu ölkədə də qətliam planlaşdırıbmışlar - ŞOK DETALLAR

ÜST havadakı çirklənmənin və insanların vaxtsız ölümünün üstünü açdı

DTX-dən əməliyyat: Azərbaycanda teraktlar planlaşdıran şəxs tutuldu

Moskva terrorunda ittiham olunanları hansı cəza gözləyir?

Əhaliyə xəbərdarlıq - Martın 26-da...

Türkiyə Qəzzaya ən çox yardım edən ikinci ölkədir

Günəşdə partlayış: güclü maqnit qasırğası gözlənilir

Ukrayna Moskvadakı hücumla bağlı ittihamları RƏDD ETDİ

Bütün xəbərlər