İcra başçısı vəzifəli şəxsi işdən çıxardı
Ağstafa rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişikliyi olub.
"Kanal1.az"ın məlumatına görə, RİH-nin başçısı Seymur Orucovun əmri ilə, ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Tağıyev Vüqar Əziz oğlu tutduğu vəzifədən azad edilib.
Hələlik onun yerinə təyinat yoxdur.