Əmrullayev Texniki Universitetin başını buraxıb... - Görünəni budur...
 
 
"Azərbaycan dramaturgiyasının əsasını qoyan böyük Mirzə Fətəli Axundov "Sərgüzəşti mərdi xəsis” (yəni "Xəsis kişinin sərgüzəştləri”, bizə bu komediya "Hacı Qara” adı ilə daha yaxşı tanışdır), "Sərgüzəşti vəziri xani Lənkəran” və digər komediyalarında dövrünün naqisliklərini gülüş yolu ilə tənqid edərək, aradan qaldırmağa cəhd edirdi. O vaxtdan 200 il ötsə də, bu gün də ətrafımızda komediyaya bənzər sərgüzəştlər baş verməkdədir. Bu sərgüzəştlər vəzifəli şəxslərin "fəaliyyəti” ilə bağlı olduqda isə nəticəsi ətrafdakılar üçün daha acınacaqlı olur. Belə sərgüzəştlərdən biri Azərbaycan Texniki Universitetin rektoru Vilayət Vəliyevin vəzifə fəaliyyəti ilə bağlıdır". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Əvvəli BURADA: Vilayətin TƏHSİL MUXTARİYYƏTİ... - İSTƏDİYİNİ EDİR...

DİA.AZ müraciətin davamını təqdim edir: "Sual olunur, rektorlar niyə öz birbaşa vəzifələri ilə, təhsillə məşğul olmurlar, intriqa yaratmaq və dağıdıcılıq fəaliyyəti ilə məşğuldurlar? Çünki, onların əksəriyyəti kiminsə adamıdır, bəziləri isə bundan əlavə professional təhsil mütəxəssisi deyillər.
Bir vaxtlar, Sovet dövründə partiya nomenklaturası deyilən bir şey var idi. Cəmiyyətin bütün sahələrini kommunist partiyasının kadrları idarə edirdi. Dövlət elə hesab edirdi ki, əgər bir kadr "sədaqətli” kommunistdirsə və kommunist ideologiyasını yaxşı mənimsəyibsə, o adam istənilən sahədə rəhbər vəzifə tutaraq, istənilən sahəni idarə edə bilər. Rayonların başında raykom katibləri dayanırdı və bu katiblər rayonun istənilən sahəsinə müdaxilə edirdi. Partiya nomenklaturası deyilən bir siyahı var idi. Kimin adı bu siyahıya düşürdüsə, o adamı ömrü boyu bir rəhbər vəzifədən çıxarıb, digərinə, tamamilə müxtəlif sahələrə təyin edirdilər. Ancaq, hətta Sovet dövləti də bu qaydanı təhsil sisteminə tətbiq etmirdi. Çünki başa düşürdülər ki, təhsil sahəsi çox spesifik və strateji sahədir. Universitet rektorlarını yalnız təhsil sisteminin öz daxilindən yetişmiş professional təhsil işçilərindən təyin edirdilər. O cümlədən, təhsil nazirlərini də.
İndi isə görürük ki, rektorların bir hissəsi təhsildən tamamilə uzaq adamlardır və şəxsi himayədarının olması və ya müəyyən regional klana məxsus olmaları nəticəsində bu vəzifəyə təyin edilirlər (Vilayət Vəliyev buna canlı misaldır, onun hansı regional klana məxsus olmasını və şəxsi himayədarının kim olmasını isə artıq hamı bilir – Şahin Mustafayev). Nəticə isə həm konkret universitetlər, həm də bütünlüklə ölkəmizin təhsil sistemi üçün fəlakətlidir. Təhsil nazirləri də bunu kimi. Yadımıza salaq, Misir Mərdanovdan sonra təyin edilən təhsil nazirləri bu vəzifədən əvvəl hansı vəzifələri tutublar və sonra hansı vəzifələrə gediblər...
Bir də bir məsələni qeyd etmək lazımdır. Hal-hazırda bizdə Təhsil Nazirliyi uşaq bağçalarından və orta məktəblərdən tutmuş, kollec və universitetlərə qədər nəhəng bir təhsil sistemini ehtiva edir. Orta təhsil sistemimizin böyük problemləri var və o, həqiqətən fəlakətli vəziyyətdədir. Bunu hər ailədə yaxşı bilirlər. Bu sahə həm çox böyük, həm də çox spesifik sahədir. Qeyd etmək yerinə düşər ki, Dövlət İmtahan Mərkəzinin 10 iyun tarixdə mətbuat üçün verdiyi açıqlamada qeyd olunur ki, orta məktəblərin 9-cu siniflərinin buraxılış imtahanlarında aşkar edilib ki, 9-cu sinfi bitirənlər arasında oxumağı və yazmağı bacarmayanlar vardır. 21-ci əsrdə bu, dəhşətli fəlakətdir, 20-ci əsrdə biz təsəvvür edə bilməzdik ki, gələcəkdə belə bir hal ola bilər.
Bizcə, orta təhsili idarə edən ayrıca bir nazirlik olmalıdır. Bu, bir vaxtlar da belə olub. Yaxşı olar ki, əvvəllərdə olduğu kimi, ayrıca Maarif Nazirliyi yaradılsın və həmin nazirlik uşaq bağçaları və orta məktəblər sistemini idarə etsin. Ali və Orta İxtisas Təhsili Nazirliyi isə universitet və kolleclər sisteminin, texniki peşə məktəblərinin idarə edilməsi ilə məşğul olsun. Bu, bir vaxtlar da belə olub.
Nə isə. Qayıdaq Texniki Universitetin problemlərinə.
Biz əvvəllər də yazmışdıq ki, rektor Vilayət Vəliyev şou yaratmaq, piar ustasıdır və bu sahədə müəyyən nailiyyətlərə də çatıb. AzTU-nun internet saytından göründüyü kimi, bu adamın fikri-zikri təhsil və elm deyil, bunların görünüşünü, görüntüsünü yaratmaqdır. Son vaxtlar o, bu məqsəd üçün Türkiyə amilindən istifadə etməyə başlayıb. Bir neçə Türkiyə universitetinin rektorlarını dəvət edərək, onlarla əməkdaşlıq haqqında müqavilələr imzalayıb, imzalama mərasimlərinin şəkillərini çəkdirib, AzTU-nun saytına qoydurur. O, bir neçə ay bundan əvvəl Türkiyəyə səfər edərək, 9-10 universitetlə də belə müqavilələr imzalayıb. Biz bu işləri daxildən görürük və onu da görürük ki, əslində heç bir əməkdaşlıq, birgə iş yoxdur. Bunlar hamısı görüntü üçündür. V.Vəliyev təhsil sahəsində nə əməkdaşlıq edə bilər universitetə 200 bal ilə qəbul edilən tələbələrlə? Bir bax, gör sənin tələbələrin nə səviyyədədirlər. Yoxsa, bəlkə rektor elmi-tədqiqatlar sahəsində əməkdaşlıq edəcək? Hansı müasir laboratoriyaları ilə? Bunlar hamısı kağız üzərində qalmaqdadır və qalacaq.
Vilayət Vəliyev bu məqsədlə türkiyəli kadrlardan da istifadə edir. O, keçən ilin təqribən mart ayında Türkiyəli universitet müəllimi Elmas Çetini AzTU-ya Elm və innovasiyalar üzrə prorektor vəzifəsinə dəvət etdi və ona 5000 manat maaş təyin etdi (əvvəlcə isə İlham Pirməmmədovu həmin vəzifədən azad etdirdi və müşavir vəzifəsinə keçirdi). Elmaş Çətin bir ildə bu vəzifədə heç bir real fəaliyyət göstərə bilmədi, onun bütün işlərini isə köhnə qayda ilə İlham Pirməmmədov yerinə yetirirdi. Elmaş Çətin çox abırlı adam imiş. O, AzTU-da yaranmış vəziyyəti görüb, 2 ay əvvəl vəzifəsini könüllü tərk etdi və Türkiyəyə qayıtdı. Ondan başqa, şöbələrdən birinin müdiri olan, Türkiyədən dəvət edilmiş başqa bir mütəxəssis də vəzifəsini tərk edərək, Türkiyəyə qayıtdı. İndi AzTU-da yalnız bir nəfər türkiyəli mütəxəssis işləyir, o da xüsusi olaraq onun üçün yaradılmış Yüksək Təhsil İnstitutunun direktoru vəzifəsini tutan Yusuf Sönmezdir. Bu qurum da çox qəribə bir qurumdur və özündə keçmiş magistratura və doktorantura şöbələrini birləşdirməklə bərabər, nə bilək daha nələri, izah edilməsi belə çətin olan nələrisə özündə birləşdirir. Qeyd edək ki, V.Vəliyev AzTU-ya rektor gələndə magistratura və doktorantura şöbələri birlikdə idilər, V.Vəliyev onları ayıraraq, müstəqil şöbələr yaratdı, indi isə yenidən birləşdirdi. Əvvəl magistratura şöbəsində 4-5 nəfər, doktorantura şöbəsində isə 3 nəfər işləyirdi. İndi həmin yeni qurumun tərkibində olan təkcə magistratura şöbəsinə 12 yeni əməkdaş qəbul edilib və onlar da magistratura işindən tamamilə xəbərsizdirlər və işləri qarışdırırlar. Onların direktoru Yusuf Sönməz də onlardan "geri qalmır” və magistraturanı xaosa döndərib".

DAVAMI VAR...

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər