Təhsil Nazirliyi rüşvətxorluğla qapı açır: -  
 
İyunun 24-dən şagird sayı 500-dək və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə işə qəbul prosesi ilə bağlı sənəd qəbuluna başlanılır.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Müraciət etmək istəyən şəxslər zəruri sənədləri (kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsiyyəti təsdiq edən sənədin, təhsil haqqında sənədin və ona əlavənin, əmək kitabçasının surəti) çalışdıqları ümumi təhsil müəssisəsinin tabe olduğu Regional təhsil idarəsinə təqdim edə bilərlər. Şagird sayı 150-dək olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul yalnız müsahibə yolu ilə, şagird sayı 151-500 aralığında olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul müsabiqə (test və müsahibə) yolu ilə Regional təhsil idarələri tərəfindən həyata keçiriləcək. Ötən il üzrə direktorların işə qəbulu üzrə test imtahanlarında müvafiq keçid balı toplamış, lakin müsahibəyə dəvət olunmamış namizədlər müvafiq prosesdə yalnız müsahibə mərhələsində iştirak edəcəklər.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə qəbulun Regional təhsil idarələri tərəfindən həyata keçirilməsi birmənalı qarşılanmır. Həmin müsabiqələrin problemlərə yol açacağı vurğulanır.

Direktor vəzifəsinin Regional təhsil idarələri tərəfindən həyata keçirilməsi nə dərəcədə doğrudur? Dia.az-ın məlumatına görə, təhsil üzrə ekspert Elşən Qafarov Cebhe.info-ya bildirdi ki, ötən dövr ərzində və Təhsil Nazirliyinin bu əmri də tələsik qəbul olunub:

"Bu, bir daha göstərdi ki, Təhsil Nazirliyi və orada oturan şəxslər ölkədə kadr seçimi aparmaq gücündə, bacarığında deyil. Azərbaycan kiçik bir ölkədir və burada gənc-yaşlı müəllimlər, kənd-şəhər müəllimləri, 150-yə, yaxud 500 nəfərlik olan məktəblər şəklində müsabiqə aparılmamalıdır. Keçən ildən direktorların işə qəbul qaydalarından sonra Təhsil Nazirliyi etiraf etməli idi ki, bu işi bacarmır. Ötən il bundan da eybəcər qaydalar elan olundu. Belə ki, 36-dan yuxarı bal toplayanlar şagird sayı 1000 nəfərdən artıq olan, 30-dan 36-ya qədər toplayanlar 500-1000, 26-30 bal toplayanlar 100-500 nəfərlik məktəbə iddia etdilər. Beləliklə, o imtahanı keçirə bilmədilər. Builki qərarda da göstərir ki, ötən il üzrə direktorların işə qəbulu üzrə test imtahanlarında müvafiq keçid balı toplayanlar, müsahibə mərhələsində iştirak edəcəklər. Əvvəla o insan keçən il oxumuşdu, imtahandan keçmişdi. Nəyə görə onun biliklərini bu il yoxlamırsan? Bu, elə işdir ki, məktəb direktoru öyrəndiyi qanunvericilik ona hər il, hər gün lazımdır. Onu bir dəfə oxuyubsa, neçə il sonra müsahibəyə girə bilərmi? Bütün atılan addımlar bir daha onu göstərir ki, hazırda Təhsil Nazirliyi ümumtəhsil məktəblərin rəhbər təyinatının öhdəsindən gələ bilmir. Bu da onların təhsillə bağlı olmamasından irəli gəlir. Məktəb şirkət, müəssisə, hansısa filial, sex, sənətkarlıq emalatxanası deyil. Məktəb təlim-tərbiyə müəssisəsidir. Məktəb direktorunun təyinatını iki il gecikdirməklə olmur. Ötənilki, özlərinin də yerinə yetirə bilmədikləri gülünc qaydaları bu il bir də veriblər. 150 nəfərə qədər olan məktəbləri Regional təhsil idarələrinə veriblər. Hansı kriteriyalara əsasən direktor təyin edəcəklər? Hazırkı vəziyyətdə elə Regional təhsil idarələri var ki, gedən kimi hesabı qoyur və "bu qədər gətirməlisən” deyir. Aralarında yaxşıları da var. Birbaşa nazirin özünün ətrafından olan insanlar var ki, Region təhsil idarəsinə rəhbər təyin olunublar, gedən kimi nəyin nə qədər veriləcəyi ilə bağlı elanlar, absurd qərarlar, əmrlər verirlər. Hansı ki, bu. əmək qanunvericiliyinə konkret olaraq ziddir”.

Ekspert deyir ki, direktor müavinləri belə, imtahanla qəbul edilməlidir:

"Günün tələbi odur ki, istər təhsil, istər əmək qanunvericiliyini bilməyən şəxs rəhbər vəzifədə işləyə bilməz. Regional təhsil idarələri hansı kriteriyalar əsasında məktəb direktorlarını işə götürəcək? Bu konkret rüşvətə, neqativ hallara yol açmaqdır. Ölkədə 700-dən artıq direktor vəzifəsi vakantdır. Təhsil Nazirliyinin ingilis, fransız, ispan, Banqladeş dilini bilən bu qədər kadrları var və onlar idarəetməni xarici dil bilmək hesab edirlər. Necə olur ki, 700 nəfər məktəb direktorunun təyinatını illərlə yubadırlar və bir insanı da normal keçirə bilmirlər? Yenə də kateqoriyalara bölürlər. Bəs 500-1000 nəfərlik məktəblərlə bağlı niyə heç nə demirlər? Kifayət qədər məktəblərimiz var ki, rəhbər yeri vakantdır. Təhsil Nazirliyinin son fəaliyyəti konkret təhsildə 2013-2016-cı ilə qədər rüşvətxorluğun qarşısını almaq üçün atılmış addımları tamamilə aradan qaldırmaq, konkret olaraq subyektiv fikirlər əsasında kadrların təyin olunmasıdır və sonda da təhsildə kütləvi rüşvətxorluğa gətirib çıxarır. Bu da özlüyündə sosial narazılığı artırır. Fikrimcə, bu düşünülmüş addımdır. Ölkədə qarışıqlıq yaratmaq, təhsil işçilərini hökumətə qarşı qızışdırmaq məqsədi daşıyır. Təbii ki, indiki halda ayrı-ayrı fondların, təşkilatların maliyyəsi ilə təhsil alıb gəlib ölkədə, o cümlədən Təhsil Nazirliyində rəhbər vəzifədə çalışanların marağında deyil ki, ölkədə sabitlik olsun, təhsil inkişaf etsin. Bu qərar bir daha onu göstərir ki, Təhsil Nazirliyində oturan şəxslər Azərbaycan təhsilini idarə etmək iqtidarında deyil. Allah bunun pisindən qorusun”.

Son xəbərlər

“Baboşu” bahalı “Gelandewagen”lə görməyə gedən iş adamı media nümayəndəsin məhkəməyə verdi – Həbs olunmasın istəyir

Mehdiyev Sirac Əhməd oğlu adına tam orta məktəbin yararsız vəziyyət olması ilə bağlı yayımlanan yazıdan ötrü məktəb direktoru Sahilə Fərmanova bu gün qınaq meydanına çevrilmişdir

Türk Dövlətləri sionizm təhlükəsi kimi: İranda Azərbaycana qarşı hansı plan qurulur?

Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO

Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –diplomsuz direktor müavini, “ailə podratı” və s.

271 min manatlıq ittihamla üz-üzə qalan Sümbülə Əliyeva-kolleqaları şahiddir

Masallı rayon icra məmuru Bəhruz İbayev “Aliment” verməyən həmkəndlisini himayə edir – Nazirə muraciət olundu

Qubad İbadoğluna elektron qandal taxıldı – hərəkəti nəzarətə götürüldü

Zeynal Bayramlının alnına yazılmış Ucar Xəstəxanası niyə yoxlanılmır? – TƏBİB-in gücü çatmır, yoxsa…

ETSN Nərimanovun rəhbərliyinə SÖZ KEÇİRƏ BİLMİR? – GÖRÜNƏNİ BUDUR…

Elçin Tağıyev vəzifəyə təyin edildi - FOTOLAR

Azərbaycan Ordusu Tavuşa atəş açıb? – Ermənistan MN

Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ…

İcra başçıları arasında gizli rəqabət başladı – Görün nəyin davasını edirlər…

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı – VİDEO

Əfv sərəncamı nə vaxt veriləcək, kimlərə şamil ediləcək? – AÇIQLAMA

FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? – Elnar İmanov cərimələndi, narazı qaldı

Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Xırdalandakı bağça müdirinin şok səs yazısı – Müəllimləri niyə təhdid edir

Gəncə xəstəxanasının vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edildi

Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar

“Düz əyrini kəsir” – Görülən işlərə nəzər saldıqda…

Ermənistan müxalifətinin etirafı: Göyçə və Zəngəzurun bir hissəsi Azərbaycana qaytarılacaqmı? - VİDEO

Gürcüstanda vəziyyət təhlükəli fazaya keçir: naməlum şəxslər HÜCUMA KEÇDİLƏR

Gümrüdə Azərbaycanın hərbi bazası olsun – Ermənistanda şok iddia

İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?

Abşeronda ANARXİYA və KORRUPSİYA… Sən saydığını say, gör Fərzəliyev nə sayır

Yevlaxın YARITMAZ BAŞÇISI Dövlət vəsaitini talayır- BU NƏDİ BELƏ?!

Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:vəzifə təyinatları, aylıq paketlər və s.

Qazaxda BİABIRÇILIQ: 3 min illik Tarixi abidə sökülüb üzərində obyekt tikilir

Xəqani Bəşirlinin ümidinə qalan KADR SİYASƏTİ… – “Bu adam ən böyük sehrbazdır…”

İbarhim Nehrəmlinin Qəbələdə törətdiyi ekoloji terrordan Muxtar Babayevin xəbəri varmı

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay