Gündəm / Təhsil / Manşet
2.04.2021, 14:32
DİQQƏT! Aprelin 5-dən bu müəssisələr də BAĞLANIR
Təhsil Nazirliyinin ötən gün aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda distant təhsilə keçmə ilə bağlı qərarı məktəbdənkənar təhsil müəssisələrinə də aiddir.
"Kanal1.az" xəbər verir ki, bunu APA-ya açıqlamasında Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Rəşad Tağıyev bildirib.
Qeyd edək ki, məktəbdənkənar təhsil müəssisələrinə Uşaq-Gənclər İdman Şahmat Məktəbləri və Uşaq-Gənclər İnkişaf Mərkəzləri daxildir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay