"Burdan Prezidentə səslənirəm – ay İlham Əliyev, ilyarımda 31 Qarabağ qazisi özünü öldürüb, niyə reaksiya vermirsiniz? Niyə soruşmursunuz, bu qazilər özlərini niyə öldürür? Ay İlham Əliyev, mən burdan Sizə səslənirəm, mən istəmirəm ki, özünü öldürən növbəti qazi mən olum, oğlum olsun… Bizim itirəcək heç nəyimiz qalmayıb, biləsiniz…”.

Yevlaxın Xaldan kəndində yaşayan Xəyyam Çələbi Meydan TV vasitəsiylə ölkə başçısı İlham Əliyevə də müraciət edib. O, qazilərə diqqət ayrılmasını istəyib.

Xəyyam Çələbi Birinci Qarabağ Müharibəsində hər iki ayağını itirdiyinə görə birinci qrup müharibə əlilidir. Üstəlik, 5 ilə yaxındır ki, qan xərçəngindən əziyyət çəkir. Aldığı əlillik pensiyası və Prezident təqaüdü elə aylıq dərmanlarına xərclənir. Deyir, ata evində qardaşının ailəsi ilə yaşayır. İllərdir ki, fərdi ev tikmək üçün dövlətdən torpaq sahəsi istəsə də, ona rayonda fərdi ev tikintisi üçün yer olmadığını deyirlər.

Xəyyam Çələbi əkinçiliklə məşğul olmaq üçün də dövlətə müraciət edib. Ancaq hər dəfə rayonda yaşayış qeydiyyatı olmadığını səbəb gətirərək torpaq verməkdən imtina edirlər:

"Mən 40 ildir ki, Bakı qeydiyyatındayam. Uzun illər Bakıdakı zirzəmilərdə kirayələrdə qalandan sonra nəhayət, 4 il əvvəl dövlət müharibə əlili kimi Lökbatanda ikiotaqlı ev verdi. Ancaq Bakıda mənə iş yoxdur, təqaüdlərimsə dediyim kimi, Almaniyadan, Sant-Peterburqdan çətinliklə gətizdirdiyim aylıq dərmanlarıma gedir. Mən istəyirəm ki, öz ata yurdumda ev tikim, əkinlə məşğul olum. Əkinçün torpaq ayırmırlarsa, müraciət etmişəm ki, heç olmasa xırda ticarətlə məşğul olmağıma imkan versinlər. Yevlax-Zaqatala-Gürcüstan yolunun kənarında dayanacaqlar var. Yevlax Rayon İcra Hakimiyyətindən xahiş etdim ki, həmin dayanacaqlardan birinin yanında 6 kvadratmetrlik yer ayırsın, mən orda xırda bir köşk açım, həm başım qarışsın, həm də dolanışığımı təmin edim. İcra hakimiyyəti mənə cavab məktubu göndərdi ki, yolda təmir işləri gedir, təmir bitəndən sonra müraciət edərsiz. Halbuki, o yolda heç bir təmir işi getmir, sadəcə, imtina üçün başqa səbəbləri yoxdur. Həmin yeri başçı 5 min manata satışa çıxarıb, sadəcə, heç kəs almır, çünki hamı bilir ki, o yerdə iki ayağını itirmiş, qan xərçəngiylə döyüşən müharibə əlilinin gözü var, insanların vicdanı yol vermir rüşvət verib o yeri almağa…”

Xəyyam Çələbinin oğlu İkinci Qarabağ Müharibəsində hərbi həkim kimi iştirak edib, başından yaralanıb, vaxtaşırı hərbi hospitalda müalicələr alır:

"Hazırda yenə Papanindəki hospitalda müalicə alır. 25 yaşı var. Müharibə başlayanda Tibb Universitetini cəmi 4 ay idi bitirmişdi. Hərbi həkim kimi könüllü müharibəyə getdi, yaralıları döyüş meydanından çıxaranda özü başından yaralandı. Buna baxmayaraq, yenə də hərbi həkim kimi Ağcəbədidə xidmətini edir. Ata-bala sağlamlığımızı, gəncliyimizi bu vətən üçün qoymuşuq, indi hökumət bizi çörəklə sınağa çəkir. Bizə xırda bir köşk açmağa 6 kvadratmetrlik yer tapılmır, ancaq 5 min rüşvət versək, tapılacaq”.

Xəyyam Çələbi 5 ilə yaxındır ki, leykoza görə əməliyyat olunub. Əməliyyatdan əvvəlsə uzun müddət dövlətə müraciət edib:

"Məni əməliyyata götürəndə bədənimdə cəmi 2 qan hüceyrəsi qalmışdı. Demək olar ki, ölü idim. Mənim bütün vaxtım müraciətlərlə keçmişdi. Müayinələr, müalicələr, əməliyyat üçün müraciət edirdim, hökumətdən səs çıxmırdı. Nəhayət, qardaşımla bacım evlərini satmalı oldular, bir də sosial şəbəkələrdən maddi dəstək gəldi, bunların sayəsində əməliyyat olundum, həyatda qaldım. Dövlət mənim nə müayinəmə, nə müalicəmə, nə əməliyyatıma qara qəpik də ayırmadı. 5 ildir ki, aldığım təqaüdün 80 faizini – 830 manatını aylıq dərmanlarıma xərcləyirəm”.

Yevlax Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Xəyyam Çələbinin müraciətlərinə rəsmi cavab verilib. Qurumdan başqa sualları cavablandırmayıblar.

Son xəbərlər

ETSN Nərimanovun rəhbərliyinə SÖZ KEÇİRƏ BİLMİR? – GÖRÜNƏNİ BUDUR…

Elçin Tağıyev vəzifəyə təyin edildi - FOTOLAR

Azərbaycan Ordusu Tavuşa atəş açıb? – Ermənistan MN

Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ…

İcra başçıları arasında gizli rəqabət başladı – Görün nəyin davasını edirlər…

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı – VİDEO

Əfv sərəncamı nə vaxt veriləcək, kimlərə şamil ediləcək? – AÇIQLAMA

FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? – Elnar İmanov cərimələndi, narazı qaldı

Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Xırdalandakı bağça müdirinin şok səs yazısı – Müəllimləri niyə təhdid edir

Gəncə xəstəxanasının vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edildi

Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar

“Düz əyrini kəsir” – Görülən işlərə nəzər saldıqda…

Ermənistan müxalifətinin etirafı: Göyçə və Zəngəzurun bir hissəsi Azərbaycana qaytarılacaqmı? - VİDEO

Gürcüstanda vəziyyət təhlükəli fazaya keçir: naməlum şəxslər HÜCUMA KEÇDİLƏR

Gümrüdə Azərbaycanın hərbi bazası olsun – Ermənistanda şok iddia

İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?

Abşeronda ANARXİYA və KORRUPSİYA… Sən saydığını say, gör Fərzəliyev nə sayır

Yevlaxın YARITMAZ BAŞÇISI Dövlət vəsaitini talayır- BU NƏDİ BELƏ?!

Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:vəzifə təyinatları, aylıq paketlər və s.

Qazaxda BİABIRÇILIQ: 3 min illik Tarixi abidə sökülüb üzərində obyekt tikilir

Xəqani Bəşirlinin ümidinə qalan KADR SİYASƏTİ… – “Bu adam ən böyük sehrbazdır…”

İbarhim Nehrəmlinin Qəbələdə törətdiyi ekoloji terrordan Muxtar Babayevin xəbəri varmı

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

“VEYSƏLOĞLU” Aydın Talıbov, bu dünyanı oyuncaqmı bilirsən?- Mansur Məmmədov

Milyonçu Adnan Əhmədzadənin “Rahat market”i işçiləri qula çevirib

İcra başçısının qohumu həbs edildi.Növbə Başçıya da çatacaq…

Xəbərdarlıq: Yer kürəsini bürüyən “qırmızı” maqnit qasırğasının 5 FƏSADI

İlham Əliyev bu qanunu təsdiqlədi

Qız oğlana, oğlan qıza bənzəyir: Azərbaycanı bürüyən bəlanın qarşısı necə alınmalıdır?

İndi biz sülhə doğru gedirik - İlham Əliyev

Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi - İlham Əliyev

Türkiyə Ermənistanla sülh istəmir: 4 kəndin Azərbaycana qaytarılması İranda necə qarşılanıb?

Bütün xəbərlər