İcra nümayəndəsi ev tikməyə icazə vermir, torpaqları satır - Qazi və əlillər ÇƏTİN DURUMDA

Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramanadakı Şuşa qəsəbəsində icra nümayəndəsi birinci qrup əlil və qazilərin ev tikməsinə mane olur. Əvəzində isə pul verənlər evlərini tikməkdə davam edirlər. DİA.AZ xəbər verir ki, bu barədə Yenicag.az-a Yeni Ramanadakı Şuşa qəsəbəsində yerləşən "Nur” uşaq evinin rəhbəri Aynurə Xudiyeva məlumat verib.

Aynurə Xudiyevanın sözlərinə görə, bir il əvvəl qəsəbə nümayəndəsi camaata 1300 manata satılan torpaqların Kənd Təsərrüfatı Nazirliyinin balansında olduğunu əsas gətirərək onları ərazidən çıxarıb, daha sonra isə torpaqları baha qiymətə vətəndaşlara satıblar:

"Ötən il Yeni Ramanadakı Şuşa şəhərciyində 10 sot torpaq satırdılar. "Nur” uşaq evinin həyati dar olduğu üçün xeyirsevərlərin dəstəyi ilə sotu 1300 manatdan o torpağı aldıq. Həmin torpaqda mini park yaratmaq istəyirdik. Özüm də Ramanada yaşadığım üçün düşündüm ki, mən də oradan torpaq alım və uşaq evinə yaxın yaşayım. 10 sotdan əlavə, 4 sot torpaq da özümə aldım. Sonradan bildik ki, Ramanadakı torpaqların hamısı Kənd Təsərrüfatı Nazirliyinin balansındadır. Torpağı almaq üçün 14 min manat pul vermişəm. Kənd Təsərrüfatı Nazirliyinin və qəsəbə icrasının nümayəndəsi gəldi ki, ərazidən çıxın. Bizdən çıxarış istəyirlər. O torpaqların çıxarışı yoxdur. Hamıya torpaqlar 99 illik etibarnamə ilə satılıb.

Ötən il çox böyük problemlərdən sonra zor gücü ilə uşaq evi üçün mini parkın salınmasına alınmış torpaqdan bizi çıxardılar. Əslində, təkcə bizi yox, hər kəsi çıxardılar. Orada 4 sot torpağım qalmışdı. Həmin o ərazidə ev tikirdim. Qəsəbə nümayəndəsi Arif Osmanov mənə dedi ki, 10 sot torpaqdan çıxın, evi tikməyə icazə verəcəm. Bildirmişdi ki, 10-15 gündən sonra icazə verəcək. Bizim əlimizdən aldıqları torpaqları indi 2500-3000 manatdan satırlar. Əgər o torpaqlar Kənd Təsərrüfatı Nazirliyinin balansındadırsa, icra nümayəndəsi niyə o torpaqları 2500-3000 manata satır? Əgər həmin ərazidə evlərin tikilməsinə icazə yox idisə, niyə hazırda orada 2-3 mərtəbəli evlər tikilir? Mənə dedilər ki, 10-15 gün gözlə, icazə verəcəyik. Gördüm, məsələ uzanır, getdim Sabunçu Rayon İcra Hakimiyyətinə. Oradan icra nümayəndəsinə zəng vurdular. İcra nümayəndəsi bildirdi ki, problemlər var, 15-20 günə icazə veriləcək. 15-20 günün üstündən 1 il ötür”.

Şikayətçinin sözlərinə görə, bir ilin tamamında görüb ki, ərazidə başqa evlər tikilir və o da yarımçıq qalmış evinin tikintisinə başlayıb:

"Bir ilin tamamında evi tikməyə başladım. Yenidən gəliblər ki, evi tikmək olmaz. Məndən əlavə iki Vətən müharibəsi qazisi var, onlara da icazə verilmir. Nümayəndə ilə danışan zaman mənə dedilər ki, qazilərə tikməyə icazə vermirik, sən bir qədər gözlə, onlar uzaqlaşandan sonra sənə icazə verəcəyik. Deyirlər ki, sənə icazə versək, gərək, qazilərə də icazə verək. Torpaqlarımızı işağldan o qazilər azad edib. Birinci onlara icazə verməkdən, mənə deyirlər, onlara icazə verməyəcəyik. Mən də birinci qrup əliləm. Ancaq o qazilər daha müqəddəs yol uğrunda qazi olublar.

Ölkə rəhbərliyinə müraciət edirəm. Sabunçu Rayon İcra Hakimiyyəti, əsas da icra nümayəndəsi Arif Osmanov qazilərə, əlillərə göz verir, işıq vermir. Birinci qrup əliləm, kimsəsiz 27 uşağa baxıram. Bir ildir mənim başıma oyun açır. Qəsəbənin icra nümayəndəsi gələn gündən heç kimə aman vermir. Hətta işə təyin olunandan bir həftə sonra uşaq evinin binasının tikintisini belə dayandırmışdı. Hər dəfə gözləməyimi deyir. Nə qədər gözlməliyik? 5 min manat pul istəyir ki, evi tikim. Əgər o torpaqlar satılacaqdısa, niyə uşaqlara qurmaq istədiyimiz parkdan bizi çıxarırdılar? Tək ümidimiz ölkə rəhbərliyidir. Heç bir qurum bizim şikayətimizə baxmır”.

Qeyd edək ki, ötən ilin iyun ayının 10-da Kənd Təsərrüfatı Nazirliyinin, qəsəbə icra nümayəndəsinin və polisin iştirakı ilə həmin ərazidəki torpaqlar satın alanların əlindən alınıb.

Son xəbərlər

AÇIQLAMA

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Yeni pandemiyaya bu viruslar səbəb ola bilər - ARAŞDIRMA

Ukraynanın daha iki yaşayış məntəqəsi İŞĞAL OLUNDU

Gürcüstanın avtomobil bazarında böhran: Azərbaycana təsir edəcək?

31 dərəcə isti olub - FAKTİKİ HAVA

ŞƏHİD ADINA EDİLƏN HÖRMƏTSİZLİK DÖVLƏTƏ EDİLƏN XƏYANƏTDİR

Dörd kənd necə qaytarıldı? - İlham Əliyevin qələbə strategiyasının DETALLARI

4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi

Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar

Görünməmiş istilər: 200 ildən bir baş verən fəlakət...

NASA: “2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar”

Bütün xəbərlər