Şərəfsizliyin antalogiyası və ya balaca İsa necə
 
Teref.az yazır ki, bir qədər əvvəl sosial şəbəkələrdə balaca İsa ilə bağlı acı bir xəbər paylaşılmışdı. Balaca İsanın taleyi ilə maraqlanan jurnalistə onun "nənə"-si deyib ki, İsa ağacdan yıxılıb ağır xəsarət alıb, əməliyyat üçün 1500 manat pul istəyirlər. Nə qədəri isə çatmır.Bunu eşidən xanım jurnalistlərimiz hərəkətə keçir və Səhiyyə Nazirliyindən tutmuş TƏBİB-ə, polisə qədər hamını ayağa qaldırırlar. Söhbət 3 yaşında bir körpənin həyatından gedirsə təbii ki, qalan hər şey təfərrüatdır!! Gəlin məsələnin təfərrüatını həmkarımız Vəfa xanımdan eşidək:
"Bilmirəm bu uşaq yadınızda qalıbmı? Anası rəhmətə getmişdi. Nənəsi baxırdı. Ən son onu gətirib mağazadan bütün geyimlərini təzələyib sünnət olunması üçün dəyərli dostumuz Ali Baxshaliyev göndərmişdim. O da Allah razı olsun, uşağı pulsuz sünnət edib göndərmişdi.
Dünən gecə nənə zəng vurdu mənə ki, bəs uşaq ağacdan yıxılıb xəstəxanadadır. Travma alıb, bağırsaq partlayıb, mənə kömək edin. Həkim 2500 pul istəyir əməliyyat üçün. Yalvarıb 1500 salmışam. Onun da 1200 manatını məsciddən, ordan burdan toplamışam. 300 manat çatmır. Mənə kömək edin.

Yığdım həkim köməkçisini. Dedim o uşaq yetimdir. Onun nənəsinə el-aləm əl-ələ tutub kömək edir. O uşaqları zülmlə, zibillikdən Hell qabları toplamaqla saxlayır. O uşaqdan pul istəmək günahdır. Həkim köməkçisi isə bildirdi ki, əməliyyat 2500 manat edir. Biz 1500 salmışıq. Eybi yoxdur, 150 manat mən öz cibimdən verərəm. 150 ni də 2-3 günə tapsın uşağı əməliyyata alaq. Mən də dedim ki, uşağı təcili yardımla göndərin Bakıya. Mən onu bir manatsiz əməliyyat elətdirim. Köməkçi bildirdi ki, göndərə bilmərik. Tərpətmək olmaz.
Yeniden nənəyə yığdım. Dedim Səadət xanım, siz pul verməli deyilsiniz. Sığorta var, dövlət xəstəxanası var. Pulsuz olunmalıdır. Yığdım Hebibe Abdulla yə. Vəziyyəti danışdım. Dedi narahat olma, bu saat lazımi qurum rəsmiləri ilə əlaqə saxlayacam. Uşağı əməliyyat etsinlər. Mən də nənəyə dedim pul vermə. Bərdə rayon xəstəxanası Uşaq əməliyyat olunacaq. Saxla o pulu başqa ehtiyac üçün xərclə.
Səhər yuxudan durub nənəyə yığdım. Uşağın son durumunu öyrənim. Dedi ki....
Uşaq öldü
-Ölüm səbəbi nə oldu? Əməliyyata gecikdiniz?
- Yox, beyni də travma almışdı. Ölüm səbəbi o olub, dedi...
İçim qan ağlayır..."

Və balaca İsa-nın ölüm səbəbini araşdırmağa gedən Vəfa xanımın qarşılaşdığını yenədə özündən eşidək:
"Bir az əvvəl çəkiliş qrupu ilə İsa yaşayan evə getmişdik. Səadət evdə yox idi. (Belə dedilər) Oğlu gəldi. Bilirsiniz kim? Mənlə həkim köməkçisi kimi danışan o oğlan, seyid Yusif ağanın nəvəsiyəm deyən Evdən zəng etdilər ona ki, çəkiliş var, Elmir də maşını ilə küçəyə elə girdi ki, dedim 100% üstümə sürəcək Yaxşı qurtardım. Bəlkə də göndərdiyim ərzaqlar yadına düşdü, (hərçənd ki, bunu düşünmürəm) sürəti aşağı saldı. Maşından düşüb üstümə gəldi.
- bu söhbəti bağla! Eşidirsən məni?
Dedim bağışla, amma məni polis sorğu sual edir ki, yazdığın mövzu ilə bağlı izahat ver. Mən Səadəti axtarıram. Gəlsin, işim onunla.
Hər an məni vuracaq deyə ehtiyat edirdim düzü. (Bu günə qədər əlimə gələn bütün növ köməyi etdiyim bir ailədən başıma açılan işlərə sadəcə yuxu kimi baxıram)
Oğlana dedim mən sənin nömrəni axtarışa verib tapmışam. Şəkilin, ad soyadın hər şey polisə təhvil verilib. Səsini də yazmışam. O da polisə verilib. Bunu eşidib bir az sakitləşdi. Daha sonra çəkiliş qrupu təhdid etməyə çalışdı.
Orda dayanmaq təhlükəli idi və biz çıxdıq. Yolda sürücü dedi ki, zapravkadaki uşaqlar bildirdilər ki, bu ailə belə problemli ailədir. İsa bu oğlanın (Elmirin) oğludur. Elmir əvvəl başqa biri ilə evli olub. Zəhra və İsa o xanımdan olan uşaqlardir. Uşaqlar əvvəl qadında olub. Qadın onları diləndirildiyi üçün ata uşaqları ondan alıb.
Bax nənənin dediyi "anası ölüb" sözü də keçmiş gəlinini ölmüş hesab etdiyi üçün imiş
Uşağı yenə görmədik.
Görək daha nələr çıxacaq...
"
Sadəcə gəlib çıxırıq sözün qurtardığı yerə!!
Teref.az

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər