Həkimə rüşvət verilmədiyi üçün əməliyyat olunmayan uşaq öldü - DƏHŞƏT
 
Həkimə rüşvət verilmədiyi üçün əməliyyat olunmayan uşaq öldü
Azərbaycanda uşaq həkim rüşvətxorluğunun qurbanı olub. Teref.az Yenicag.az-a istinadla xəbər verir ki, bu barədə jurnalist Vəfa Səfərova məlumat paylaşıb.

O qeyd edib ki, ana və atası olmayan, nənəsi tərəfindən himayə edilən uşaq ağacdan yıxılıb və xəstəxanaya aparılıb, lakin həkimlər əməliyyat üçün pul istəyiblər:

"Dünən gecə nənə zəng vurdu ki, bəs uşaq ağacdan yıxılıb xəstəxanadadır. Travma alıb, bağırsaq partlayıb, mənə kömək edin. Həkim 2500 pul istəyir əməliyyat üçün. Yalvarıb 1500-ə salmışam. Onun da 1200 manatını məsciddən, ordan-burdan toplamışam. 300 manat çatmır. Mənə kömək edin.

Yığdım həkim köməkçisini. Dedim o uşaq yetimdir. Onun nənəsinə el-aləm əl-ələ tutub kömək edir. O uşaqları zülmlə, zibillikdən qab toplamaqla saxlayır. O uşaqdan pul istəmək günahdır. Həkim köməkçisi isə bildirdi ki, əməliyyat 2500 manat edir. Biz 1500 salmışıq. Eybi yoxdur, 150 manat mən öz cibimdən verərəm. 150-ni də 2-3 günə tapsın, uşağı əməliyyata alaq. Mən də dedim ki, uşağı təcili yardımla göndərin Bakıya. Mən onu bir manatsiz əməliyyat elətdirim. Köməkçi bildirdi ki, göndərə bilmərik. Tərpətmək olmaz.

Yenidən nənəyə yığdım. Dedim, Səadət xanım, siz pul verməli deyilsiniz. Sığorta var, dövlət xəstəxanası var. Pulsuz olunmalıdır. Zəng etdim Həbibə Abdullaya. Vəziyyəti danışdım. Dedi, narahat olma, bu saat lazımi qurum rəsmiləri ilə əlaqə saxlayacam. Uşağı əməliyyat etsinlər. Mən də nənəyə dedim, pul vermə. Bərdə Rayon Xəstəxanasında Uşaq əməliyyat olunacaq. Saxla o pulu başqa ehtiyac üçün xərclə.

Səhər yuxudan durub nənəyə yığdım ki, uşağın son durumunu öyrənim. Dedi ki, uşaq öldü”.

Məsələyə münasibət bildirən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Adilova isə bunları deyib:

"Aidiyyəti üzrə Bərdə Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyinə müraciət olunub.

Təqdim olunan nömrə ilə (Səadət xanımın) dəfələrlə əlaqə saxlanılıb, zənglərə cavab verilməyib, daha sonra isə telefona zəng çatmayıb.

Həkim köməkçisinin nömrəsi kimi təqdim edilən nömrə və o adla həkim köməkçisi isə sözügedən xəstəxanada yoxdur.

Tərəfimizdən həmin nömrə ilə dəfələrlə fərqli nömrələrlə əlaqə saxlanılıb, telefona cavab verən şəxs tamamilə başqa sahədə çalışdığını israrla qeyd edib.

Bildirmək istəyirəm ki, Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin tabeliyində fəaliyyət göstərən Bərdə Rayon Mərkəzi Xəstəxanasına, eləcə də Ağdam Rayon Mərkəzi Xəstəxanasına o adlı xəstə qəbulu və ümumiyyətlə, qeyd olunan motivdə heç bir müraciət daxil olmayıb.

Məsələnin araşdırılmasının tərəfdarıyıq və diqqətdə saxlayırıq.

Bir daha üzüntümüzü ifadə edirik!”

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər