Xüsusi təyinatlı şəhidin öz otağında muzeyi yaradılıb - Trend-in şəhid evindən VİDEOREPORTAJI
Bu dəfə sizə tanıdacağımız şəhid, Vətən müharibəsində canından keçən Eşqin Mehdilidir. Eşqin Mehdili, Füzuli şəhərinin işğaldan azad olunması uğrunda əbədiyyətə qovuşan qəhrəmanlarımızdan biridir. Ailəsi onun yaşadığı evin bir otağını ayrıb və onun üçün ev muzeyi edib.

Mehdili Eşqin Tərlan oğlu, 2001-ci ilin oktyabrın 10-da Beyləqan rayonunun Baş Əlinəzərli kəndində anadan olub. Oktyabr ayında dünyaya gələn Eşqin, 2019-ci ilin oktyabrında hərbi xidmətə yola düşüb. 2020-ci ilin oktyabrın 14-ü şəhid olub.

Eşqin anasını itirəndə 12 yaşı olub. 3 qardaşın sonbeşiyi olan Eşqin anasının yoxluğu ilə barışmaqda çətinlik çəkib. Bir az ərkəsöyünlük edirmiş amma ailədə hərkəs onu çox sevib. Evdə özü üçün otaq ayırmaq istəyən Eşqinin atası indi onun istədiyi otağı onun üçün ev muzeyi edib.

Trend-in Qarabağ Bürosunun çəkliş qrupu şəhid Eşqin Mehdilinin evində olub. Ailəsindən bildirilib ki, Eşqinin anasından yadigar qalan ailədə 3 oğulun 2-si hələ də hərbi xidmətdədir. Böyük qardaşları ilə danışanda deyirmiş ki, bu torpaqları niyə almırsınız, mən hərbi xidmətə gedəndə o torpaqları alacam. Eşqini hirsləndirmək üçün isə qardaşları ona "hə bilirik Lələ təpəni sən almısan Eşqin" deyirdilər. Ağbirçək nənəsi Eşqinlə fəxr edir, deyir ki, Eşqin sözünü tutdu. Dedi də, dostları ilə birlikdə o torpaqların alınmasında iştirak etdi də...

Eşqinin qəhrəmanlığı ilə qürur duyan, amma yoxluğuna barışa bilməyən bibisi qızı Dünya, babalarının ən çox sevdiyi nəvəsinin Eşqin olduğunu deyir: Məhz buna görə də babam ona NƏR balam deyirdi.

Eşqinin bu dünyadakı diləklərinin hamısı oktyabr ayında baş tutdu. Kəlbəcərdə başlayan döyüş yolu, Cəbrayıl və daha sonra Füzulidə bitdi. O vətən yolunda bitirdiyi gənc ömrünü əslində ölümsüzləşdirdi. Mükafatların ən alisini - Şəhidlik zirvəsini fəth edən Eşqinin qəhrəmanlığını Ali Baş Komandan da qiymətləndirdi. Eşqin Mehdili Vətən uğrunda gedən döyüşlərdəki xidmətinə və göstərdiyi şücaətə görə 2 medal ilə təltif olunub.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər