Bəzən marketlərdə, mağazalarda üzərində yararlılıq müddəti olmayan, üzərindəki etiketi dəyişdirilən, yararlılıq müddəti silinən keyfiyyətini itirmiş məhsullara rast gəlirik. Çox zaman istehlakçı olaraq buna etirazımızı bildirsək də, hər hansı bir yolla məsələ bağlanır.
Bəs mağazalarda yaralılıq müddəti bitən məhsullar distribütora qaytarılandan sonra həmin məhsullarla nə edilir?
Başqa ölkələrdə yararlılıq müddətinin bitməsinə az qalmış və görünüşü pozulan, ancaq keyfiyyətini itirməyən məhsulların satılması üçün xüsusi mağazalar var. Azərbaycanda isə, əksər hallarda məhsullar bir haldan digər hala keçirilərək, yenidən satışa qaytarılır. Əslində isə bu məhsullar istehlaka yararsız məhsullar hesab edilir.

İstehlaka yarasız məhsul nədir? "Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, istehlaka yararsız məhsul insanın tələbatını ödəməyən məhsuldur. Hər bir məhsul üçün müəyyən standart var. Standarta uyğun olmayan və istehlakçının təlabatını ödəməyən məhsullar istehlaka yararsız məhsullar adlanır. Azərbaycan Respublikasının qanunvericiliyində yararlılıq vaxtı keçmiş ərzaq məhsullarının satılması qadağandır. Belə məhsulları satan şəxslər aşkarlanan zaman onları 1500 manat cərimə gözləyir.

"Bu gün mən Beynəlxlaq Təşkilat FAO-nun toplantısında idim. Yararsız ərzaq mallarının tullantılara çevrilməsi məsələsi, insanların israfçılıq məsələsini necə azaltmaq olar və s. məsələlər müzakirə edildi. Belə müəyyən edilib ki, hər il hər vətəndaşa 93 kiloqram ərzaq mallarının tullantısı düşür. Demək olar ki, dünyada olan istehsalın 3/1 i tullantıya çevrilir. Biz bu gün məhz bu mövzuları müzakirə etdik” - deyə ekspert bildirib. O, qeyd edib ki, "ərzaq məhsullarının yararlılıq müddəti bitəndən sonra onunla nə etməli” sualına gəldikdə isə, bu Azərbaycanda könüllülük prinsipinə əsaslanır. Yəni istehsalçılar istəsələr onu məhv edə bilər, istəməsələr onun başına hər cür oyunu açıb, geri istehlakçıya qaytararlar.

"Təşkilatımız, keçən ay 100 tona qədər ərzaq məhsulunun Sumqayıt Poliqonunda məhv olunmasında iştirak edib. Təşkilatımızın Sumqayıt Şöbəsinin sədri İbrahim İbrahimovun bu barədə aktları var. Burada əsas təşəbbüskar istehsalçının özü olmuşdu. AQTA da burada iştirak etmişdi. Burada cəmi biz iki şirkətin fəaliyyətini müşahidə edirik. Bura "Sun Food” şirkəti və "Milla” şirkətləri istehlaka yarasız məhsullarını könüllü şəkildə məhv edirlər.

Bəs qalan şirkətlər öz yararsız məhsullarını necə məhv edir? Bu isə onu sübut edir ki, ölkə ərazisində bu alqoritm işləyir. Dükanlardan vaxtı keçmiş mallar distributora qaytarılır. Distributora onu "bəzəyir", bir haldan başqa hala salıb istehlakçıya qaytarır. Bu da ərzaq tullantılarının yaranmasına səbəb olur. Çünki keyfiyyətsiz məhsulu istehlakçı tullantıya çevirir. Biz, bu sahədə də iş aparırıq. Xüsusi bir qurum yaradılmalıdır və hər gün çıxan 10 tonlarla yararsız məhsullar yığılmalıdır” - deyə sədr bildirib.

Eyyub Hüseynov, aztəminatlı ailələr üçün ayrıca dükanlar şəbəkəsi yaradılmasını təklif edib. Qeyd edib ki, həmin mağazalara insanlar vəsiqə ilə buraxılmalıdır.

Yararlılıq müddət keçməmiş, etiketi cırılmış və ya nisbətən əzilmiş məhsulları istehlakçılar mağazalardan almır. Yararlılıq müddəti keçməmiş və keyfiyyətini itirməmiş məhsulları həmin şəbəkəyə keçirmək lazımdır ki, orada insanlar daha ucuz qiymətə malları alsınlar. Və yaxud bu məhsulları hansısa yemə çevirmək olar. Təəssüf ki, bu məsələlər həll edilməmiş qalır. AQTA bu sahədə sadəcə məsləhət verə bilər. Bu işləri biznes qurumları öz vəsaitləri hesabına etməlidirlər. Qidaların tullantıya çevrilməsinin qarşısı alınmalıdır.

Bəzi Avropa ölkələrində xüsusi mağazalar var. Orada yararlılıq müddəti az qalmış məhsullar ora keçirilir və nisbətən ucuz satılır. Yararlılıq vaxtı keçmiş məhsullardan qaz və müxtəlif gübrələr alınır. Ancaq Azərbaycanda bu baş vermir. Yalnız utilizasiya həyata keçirilir”- deyə təşkilat sədri əlavə edib.

Eyyub Hüseynov, digər şirkətləri də şəffaf məhvetməyə qoşulmağa çağırır.

"Mağazalar şəbəkəsi yararlılıq müddəti bitmiş məhsulları geri qaytarmalıdır. Nazirlər Kabineti bununla bağlı müəyyən qaydalar tətbiq etməlidir. Təəssüf olsun ki, bu kimi qanunvericiliklərdə boşluqlar var. Mən çıxışımda bildirim ki, "hökumət biznes qurumları üçün qeyri-adi toxunulmazlıq şəraiti yaradıb. Hökumətin bu siyasəti səhvdir. Hökumət biznes qurumları üçün rahat şərait yaratmaqla yanaşı istehlakçı hüquqlarını önə çəkməlidir. Çünki bazarın şahı istehlakçıdır.

İsrafsız istehlakçı davranışına nail olmaq üçün müqəddəs kitabımız Quran-i Kərimə baxmaq lazımdır. "Qidanı elə qəbul et ki, gözün onun arxasınca qalsın”. Deyilir. Bundan böyük düstur ola bilməz”,- deyə ekspert bildirib.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər