İntihar halları dünya üzrə hər keçən gün artmaqdadır. Bunun səbəbi kimi adətən həyat tərzi, stress və depresiya kimi amillər əsas gətirilir. Ancaq intiharların artmasına başqa bir səbəb kimi bu halların sosial şəbəkələrdə, mediada tez-tez işıqlandırılıb, yayılmasını göstərənlər də var. 

 

Bəs, doğrudanmı, intihar xəbərlərinin mütamadi yayılıb işıqlandırılması onun artmasına gətirib çıxarır?

 

Bu barədə Modern.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, intihar insanın psixoloji durumu ilə bağlıdır.

 

Deputat deyib ki, intihar etmək istəyən adam bunu xəbərə baxıb etmir:

 

"Öz həyat tərzi, yaşamı, problemləri insana o qədər təsir göstərir ki, bunun əsasında belə bir qərar qəbul edir. Ona görə də, bu insanın bütövlükdə ailə mühitinə, həyat tərzinə, aurasına diqqət vermək lazımdır. Yoxsa, mediada bununla bağlı daha ciddi qaydalar, qadağalar olsa belə, fayda verməyəcək. Yəni kimsə xəbəri eşitməyəcək, beləliklə də, intihar olmayacaq deyə bir şey yoxdur”.

 

 

F.Mustafanın sözlərinə görə, bu, sosial-məişət xarakterli problemdir:

 

"Buna görə də, mən mətbuata məhdudiyyət qoymalı olduğumuzu düşünmürəm. Bunu öz məcrasında həll etmək lazımdır. Məncə, sosial şəbəkələrdə, yaxud mediada nəyinsə yayılması onu təşviq etmir. Bu intihara yönləndirmir. İnsan özü həyatından bezir, iradəsi zəif olur və cəhd edib məsələləri irəliyə doğru daşıyıb həll etmək əvəzinə bu yolu seçir”.

 

Parlamentari məsələnin həlli ilə bağlı öz təkliflərini qeyd edib:

 

"Bunun üçün böyük kompleks tədbirlər görülməlidir. İşsizlik ortadan qalxmalıdır. İnsanların rifahı artırılmalıdır. İnsan görür ki, iqtisadi cəhətdən çökür, acizdir, pulu-parası yoxdur gedib özünü asır. Borca girir özünü asır. Cəmiyyətddə baş verən problemlərin hamısının insan həyatına təsiri var. Məsələ bundan qaynaqlanır. Yoxsa, başqa cür bunun izahı yoxdur".

 

Psixoloq Elnarə Ceray təəssüflə son zamanlar intihar hallarının maksimum səviyyədə artmağa başladığını bildirib.

 

Onun sözlərinə görə, bu halları daha çox işıqlandırmaq, daha çox gündəmə gətirmək intihar düşüncəsi olmayan insanlarda da bu düşüncələri ortaya çıxarır:

 

"Yəni hansısa məsələdə həll yolu tapmayan insanlar deyirlər ki, "aha intihar deyə bir şey vamış, intihar edib canımı qurtarım”.

 

Psixoloq qeyd edib ki, hazırda işini itirən gənclər, universitetə qəbul olmayan abituriyentlər, boşanan şəxslər intihara daha çox meyilli olurlar:

 

"Yəni çıxış yolunu intiharda görürlər. İntihara səbəb olan bir faktor da insanın üzərinə çox gedilməsidir. Məsələn, abituriyentlərin üzərinə onların valideynləri gəlir. Ya ata, yaxud ana despot olur və övladına deyir ki, müəyyən bal yığıb filan fakültəyə daxil olmalısan. Onlar uşaqdan çox özünü və ətrafını düşünərək bunu edir. Buna abituriyentin də potensialı çatmayanda, nəticənin neqativ olacağını düşünür və canını qurtarmaq üçün intihar edir".

 

E.Ceray deyib ki, nəticənin müsbət olması üçün anlayış göstərilməlidir:

 

"Valideyn övladına qarşı, evli cütlüklər bir-birinə qarşı, işdə müdir işçilərinə qarşı anlayışlı olmalıdır. Daha çox söz danışmaqla məsələni həll etmək olar. Nə qədər insanın üzərinə getsəniz, onlar həmişəki kimi çıxış yolunu intiharda görəcək. Bunun tez-tez işıqlandırılması yeniyetmələr üçün mənfi təsir göstərir. Adi intihara sürükləyən bir film izləyəndə yeniyetmənin ağlına gəlir ki, belə bir çözüm var. Bunu çox da işıqlandırmaq heç yaxşı iş deyil. Yəni bu, "dəlinin yadına daş salmaq kimidir””.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər