Siyasət
1.05.2022, 16:02
“Kremlin təklif etdiyi sülh yeni müharibə gətirəcək” - NAZİR
Almaniyanın xarici işlər naziri Annalena Burbok hesab edir ki, Kremlin təklif etdiyi sülh sazişi Avropaya yeni müharibə gətirəcək.
Modern.az xəbər verir ki, bu barədə XİN başçısı "Bild" nəşrinə müsahibəsində bildirib.
Diplomat qeyd edib ki, Rusiya lideri Vladimir Putin Qərbin dinc nizamını məhv edib:
"Məqsədimiz sülhdür - Ukraynadakı insanlar, özümüz və övladlarımız üçün. Söhbət təkcə müharibənin olmamasından deyil, həm də azad həyatın təhlükəsizliyindən gedir. Lakin Avropada bildiyimiz dinc nizam məhv edildi. Biz bir daha heç vaxt Putinin vədlərinə inanmayacağıq”.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay