Saxta vəsiqəli "Yeni ictimai Nəzarət" Şurasının üzvləri nə işlə məşğuldular? - Bəs Turani Əliyev?

Azərbaycanın bir sıra şəhər və rayonlarında "yeni" yarlıqlı "ictimai nəzarət" şurasının üzvləri peyda olub. Daşıdıqları vəsiqələrdə "TALE-QADIN" xeyriyyə ictimai birliyinin möhürünü gəzdirən şəxslər özlərini ictimai nəzarətçi kimi təqdim edərək müəssisə və idarə rəhbərlərinin canını boğazına yığır, vətəndaş cəmiyyətini ələ almağa çalışır, əsassız yanaşma metodları ilə bəzən şantaj və təhdiddən də çəkinmirlər.

"Kanal1.Az"-a bu barədə verilən məlumata görə, adıkeçən qadın "xeyriyyə İB-nin nəzdində yaradılmaqla heç bir rəsmi dövlət qeydiyyatı olmayan bir "şura" süni təqdimatlarla özlərinə asanlıqla "yuvalar" da qururlar. "Şura"nın Tovuz və Göygöl rayonlarında yerli icra hakimiyyəti orqanlarının himayədarlığına sığınaraq ayrıca ofis şəraitində fəaliyyət qurmaları da olduqca diqqətçəkicidir.
Saxta vəsiqəli "Yeni ictimai Nəzarət" Şurasının üzvləri nə işlə məşğuldular? - Bəs Turani Əliyev?


Kanal1.
Saxta vəsiqəli "Yeni ictimai Nəzarət" Şurasının üzvləri nə işlə məşğuldular? - Bəs Turani Əliyev?
Az » Xəbərlər » Siyasət » Saxta vəsiqəli "Yeni ictimai Nəzarət" Şurasının üzvləri nə işlə məşğuldular? - Bəs Turani Əliyev?
Saxta vəsiqəli "Yeni ictimai Nəzarət" Şurasının üzvləri nə işlə məşğuldular? - Bəs Turani Əliyev?
31 avq 2021, 12:48
Azərbaycanın bir sıra şəhər və rayonlarında "yeni" yarlıqlı "ictimai nəzarət" şurasının üzvləri peyda olub. Daşıdıqları vəsiqələrdə "TALE-QADIN" xeyriyyə ictimai birliyinin möhürünü gəzdirən şəxslər özlərini ictimai nəzarətçi kimi təqdim edərək müəssisə və idarə rəhbərlərinin canını boğazına yığır, vətəndaş cəmiyyətini ələ almağa çalışır, əsassız yanaşma metodları ilə bəzən şantaj və təhdiddən də çəkinmirlər.

"Kanal1.Az"-a bu barədə verilən məlumata görə, adıkeçən qadın "xeyriyyə İB-nin nəzdində yaradılmaqla heç bir rəsmi dövlət qeydiyyatı olmayan bir "şura" süni təqdimatlarla özlərinə asanlıqla "yuvalar" da qururlar. "Şura"nın Tovuz və Göygöl rayonlarında yerli icra hakimiyyəti orqanlarının himayədarlığına sığınaraq ayrıca ofis şəraitində fəaliyyət qurmaları da olduqca diqqətçəkicidir.
Tovuzdan aldığımız məlumata görə, bu rayondakı şura öz tərkibində ağıllarına gələsi sektorlar, şöbələr, qanunazidd ştatlar formalaşdırmaqla meydan sulayır. Məsələn, Məmmədova Sevil İsmayıl qızı sinəsinə basdığı "vəsiqə" ilə istənilən jurnalistə özünü "Mətbuat Xidmət"çisi kimi sırımaqla baş qatır. Rayonun məmurları və sakinlər bu qondarma "şura"nı bir çox hallarda prezidentin çağırışı ilə yaradılmış "İctimai Nəzarət Koalisiyası" (İNK-red) ilə ya səhv salır, ya da onun yeni versiyası kimi bilirlər.

Göygöl rayonunda isə durum daha qabarıq və eybəcərdir.
"Kanal1.Az"-a sakinlərdən verilən məlumata görə, rayondakı həmən "şura"darlar icra başçısı, YAP rayon təşkilatının sədri Turani Əliyevin maraqlarına da xidmət edirlər. İcra başçısının onlara YAP binası həndəvərində ayrıca və pulsuz ofis verməsi, onların fəaliyyətini stimullaşdırması belə düşünməyimizə əsas verir.
Saxta vəsiqəli "Yeni ictimai Nəzarət" Şurasının üzvləri nə işlə məşğuldular? - Bəs Turani Əliyev?

Turani Əliyevlə istədiyi zaman şəxsən görüşüb naməlum "məsləhətləşmələr" aparan "şura" sədri vətəndaş Həsənov Arzu Lətif oğludur. Adamın özünü bəzən prokuror, bəzən də qeyri-adekvat aparması barədə şikayətlər var. Amma, rayonun icra başçısı funksiyasını yerinə yetirən bir YAP sədrinin araşdırmadan, soruşdurmadan adi "qadın xeyriyyə İB"-nin samozvaneç nümayəndəsinin rayon ərazisində açıq siyasi fəaliyyətinə şərait yaratmasının adı nədir, biz deyə bilmirik.
Saxta vəsiqəli "Yeni ictimai Nəzarət" Şurasının üzvləri nə işlə məşğuldular? - Bəs Turani Əliyev?

Sözügedən çaşqınlıqla bağlı İNK sədri Rasim Məmmədov "Kanal1.Az"-ın suallarını cavablandırıb. Koalisiya sədri bildirib ki, bir sıra rayonlarda boy göstərən şəxslərin bir çoxunun ictimai nəzarətçi kimi fəaliyyətlərinin heç bir hüquqi əsası yoxdur. Xüsusilə də sözügedən İB tərkibindəki yeni ictimai şuranın fəaliyyəti araşdırılmalıdır.
"Mənim rəhbərlik etdiyim "İctimai Nəzarət Koalisiyası" prezidentin məlum çağırışına səs verib illər öncə yaradılmış rəsmi təşkilatdır. Dediyiniz adamların varlığından mən də xəbərdaram, onların fəaliyyəti təəssüf ki, heç bir qanuna söykənmir, "dərə xəlvət, tülkü bəy" kimi davranırlar". Bu adamlar indiyə kimi hardaydılar, indi bizi yamsılayıb ictimaiyyət arasında haray-həşir qoparıblar. O da maraqlıdır, bunlar hansı pulla fəaliyyət göstərir" - deyə Rasim Məmmədov bildirib.

Onu da xatırladaq ki, Ədliyyə Nazirliyində "xeyriyyə" məqsədilə yaradılan hər hansı qadın təşkilatı heç bir halda siyasi fəaliyyətlə məşğul ola bilməzlər. Görünür, adıkeçən ictimai birliyi süni əsaslarla siyasiləşdirib ortaya atanlar, rayonlarda isə Turani Əliyev kimi işbilməz və qabiliyyətsiz rəhbərlər var. Əksinə olsaydı, T.Əliyev Göygöl sakinləri üçün daha faydalı bir işlə məşğul olub köklü problemlərin həllinə çalışardı.

Yaxşı olardı ki, rayon rəhbərlikləri ictimai nəzarətin güclənməsini istəyirlərsə, bunu qanunvericilik normaları çərçivəsində həyata keçirsinlər, bu missiyanı yüklənən kəslərin kimliyinə və sənədlərinə diqqət etsinlər.

Turani Əliyevin timsalında, bilməyən yerli məmurlara xatırladaq ki, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyata keçiriməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakı nəzərdə tutulur. Bu isə başqa profilli ictimai birliklərə hansısa özbaşınalıqlar, çaşqınlıq mühitinin yaradılmasını ehtiva etmir...

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər