Sevinc Alızadəyə vəzifə verildi

Martın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Komitə yanında İctimai Şuranın yeni tərkibdə üzvləri ilə görüşüb.

"Kanal1.az"ın məlumatına görə, komitə sədri DQİDK yanında İctimai Şuraya seçilmiş üzvləri təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb. O, Prezident İlham Əliyevin ölkəmizdə ictimai iştirakçılığa və ictimai nəzarətə xüsusi diqqət göstərməsini qeyd edərək dövlət başçısının Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda da vətəndaş cəmiyyəti institutlarının dəstəklənməsi ilə bağlı qarşıya yeni vəzifələr qoyulduğunu bildirib. Mübariz Qurbanlı Dövlət Komitəsi və tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu, Azərbaycan İlahiyyat İnstitutunun vətəndaş cəmiyyətləri institutları ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərdiyini vurğulayıb. O, İctimai Şuranın əvvəlki tərkibi kimi, yeni tərkibinin də Azərbaycanın dövlət-din modelinin təşviqi, eləcə də ölkəmizin əldə etdiyi multikultural nailiyyətlərin, erməni vandalizminə məruz qalmış tarix, mədəniyyət və dini abidələr barədə faktların daha geniş şəkildə beynəlxalq ictimaiyyətə təbliği istiqamətində, eyni zamanda dindən sui-istifadə hallarına qarşı maarifləndirmə prosesində sıx əməkdaşlıq şəraitində uğurla fəaliyyət göstərəcəyinə, sözügedən istiqamətdə daim aktiv olacağına, rəy və təkliflərlə çıxış edəcəyinə əminliyini ifadə edib.

Daha sonra İctimai şuranın yeni tərkibdə ilk iclası keçirilib. İctimai Şuranın təşkilati məsələləri ilə bağlı rəy və təkliflər səsləndirilib. İctimai Şuraya üzvlər arasından səs çoxluğu ilə “Zəfər” şəhid ailələrinə dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə sədr, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov sədr müavini, “Beynəlxalq Dialoq və İnkişaf Alyansı” İctimai Birliyinin sədri Nüşabə Məmmədova isə katib seçilib.

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni dövlət qurumları yanında İctimai Şuraların yaradılmasının önəminə toxunaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq istiqamətində atdığı addımları yüksək qiymətləndirib.

“Bizim nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyinin sədri Nurəddin Mehdiyev və "Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov Dövlət Komitəsi tərəfindən cəmiyyətin maarifləndirilməsi yönündə aparılan işlərin önəmini qeyd edərək İctimai Şuranın bu tədbirlərdə yaxından iştirak edəcəyini bildiriblər.

Sonda çıxış edən “Zəfər” şəhid ailələrinə dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə göstərilən etimada görə Şura üzvlərinə təşəkkürünü bildirərək İctimai Şuranın öz vəzifələrini uğurla yerinə yetirəcəyini, dini və mənəvi dəyərlərin təbliği və qorunub saxlanılmasına töhfə vermək əzmi ilə fəaliyyət göstərəcəyini vurğulayıb.

Son xəbərlər

Ermənistan növbədənkənar seçkiyə gedəcək? - Paşinyan açıqladı

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Bakının bu ərazilərində evlər kəskin bahalaşdı - Səbəb nədir?

Paşinyandan sensasion açıqlama: Yaxşı ki, Azərbaycan 50 metr aralıdadır

Rusiyada miqrantlar üçün sərt qanun: bu üsul tətbiq olunacaq

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq

Bakı Şəhər İcra Hakimiyyətindən özəl sektorda çalışanlara ÇAĞIRIŞ

ABŞ Dövlət Departamentindən Ermənistana geniş hərbi dəstəyin göstərilməsi barədə AÇIQLAMA

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə AÇIQLAMA + FOTO

İsrail ordusunun İranın zərbəsinə cavabı necə olacaq? - Qərar AÇIQLANDI

Rusiyalı politoloqlar Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsindəki iddiasını şərh ediblər

Əl təmizləyiciləri beyindəki hüceyrələri belə MƏHV EDİR

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Rusiya sülhməramlıları Azərbaycanı hansı istiqamətdən tərk edir?

Planetin üzərindəki sirr - Ürək forması necə yaranıb?

Bu işçilərə kompensasiya veriləcək - Yeni qanun

Paşinyan yenidən Azərbaycan kəndlərinə gəlir: Bu dəfə nə deyəcək?

Rusiyanın bu regionunda da qadağa: Azərbaycanlılar ticarətlə məşğul ola, taksi sürə bilməzlər

Biləsuvar rayonunda Şəhid ailəsinin səsinə səs verən olacaqmı?

Ramin Məhəmmədoğlu həbs olundu

22 aylıq Məhkəmədə süründürməçiliyə son qoyulsun..PREZİDENTƏ MÜRACİƏT

İsrail ordusuna TAPŞIRIQ VERİLDİ: İranı vurmaq üçün variant hazırlanır

Moskva ilə İrəvan arasında gizli sövdələşmə, yoxsa? - VİDEO

Həkim sağlam qalmaq üçün düzgün qidalanma qaydasını açıqlayıb

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ - VİDEO

BMT-nin Baş katibindən böyük münaqişə XƏBƏRDARLĞI

Ermənistan zabitimizə atəş açanları cəzalandırdı - Bakının növbəti qələbəsi

Ukrayna elan etdi: Rusiya bu istiqamətdən hücuma keçib, vəziyyət ağırdır

Ermənilər Azərbaycanla sərhədə toplaşdılar: Rəqs edirlər, “müharibə istəyirik” deyirlər

Azərbaycanın iki boksçusu Avropa çempionatının finalına yüksəlib

Ermənistan KTMT-nin Hərbi Komitəsinin iclasında iştirak etməyib

Bütün xəbərlər