Gündəm / Manşet
15.03.2021, 18:52
İaşə obyektlərində ən çox pozulan qayda tibbi maska ilə bağlıdır
Cari ilin 1 fevral – 14 mart tarixlərində Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə müəssisələrində pandemiya ilə bağlı 26662 monitorinq həyata keçirilib, 1307 nöqsan aşkar edilib.
"Kanal1.az" xəbər verir ki, AQTA-dan verilən məlumata görə, Bakı şəhəri üzrə ən çox nöqsan Xətai rayonunda (28), ən az isə Qaradağ və Suraxanı rayonlarında (hər birində 5) aşkar edilib.
Ən çox aşkar olunmuş nöqsanlar: İşçilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi və tibbi maskanın təmin edilməməsi – 1110 (84 faiz); İctimai iaşə müəssisələrində müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normalarına riayət olunmaması – 138 (10 faiz).
Ümumiyyətlə 2020-ci il sentyabrın 25-dən etibarən AQTA tərəfindən ölkə üzrə fəaliyyət göstərən ictimai iaşə müəssisəsində 59336 monitorinq həyata keçirilib və 3408 nöqsan aşkar edilib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay