Hadisə / Manşet
28.06.2021, 17:14
33 yaşlı kişi intihar etdi
Şirvanda 33 yaşlı kişi intihar edib.
"Kanal1.az" xəbər verir ki, Şirvan şəhər sakini, 1988-ci il təvəllüdlü Cəlilov Emin Eldəniz oğlu özünü yaşadığı evin həyətindəki çardaqdan asıb.
Onun meyiti ailə üzvləri tərəfindən aşkar edilib. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, E.Cəlilov Vətən müharibəsində könüllü iştirak edib. İyunun 24-də Qubadlı və Zəngilanın azad olunmasına görə medalları ilə təltif edilib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay