Hadisə / Manşet
3.03.2021, 18:41
Qəbələdə 63 yaşlı kişi intihar etdi
Qəbələ rayonunda intihar hadisəsi baş verib.
"Kanal1.az"ın məlumatına görə, hadisə rayonun Məlikli kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1958-ci il təvəllüdlü Hümbət Adil oğlu Həsənov özünü yaşadığı evin həyətindəki ağacdan asıb.
Onun meyiti ailə üzvləri tərəfindən aşkarlanıb.
Məlumata görə, H.Həsənov ruhi-əsəb xəstəliyindən əziyyət çəkirdi.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay