Qaxda 49 yaşlı kişi intihar edib
Qax rayonunda intihar hadisəsi baş verib.
"Kanal1.az"ın məlumatına görə, hadisə rayonun Marsan kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1972-ci il təvəllüdlü Məhəmməd Kazımov özünü yaşadığı evin həyətindəki toyuq hinində asaraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.