Azərbaycan və Ukrayna birgə müəssisələr yaratmağı planlaşdırır

Ukrayna ilə Azərbaycan arasında ticari-iqtisadi əlaqələrin genişləndirilməsi çərçivəsində biz nəinki ticarət etməyi, həmçinin ortaq istehsalat müəssisələri yaratmağı planlaşdırırıq.

“Kanal1.az” xəbər verir ki, bunu Ukraynanın Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov Azərbaycan Respublikasının Kiçik və Orta Biznesi İnkişafı Agentliyi (KOBİA) dəstəyi ilə təşkil olunmuş Ukrayna-Azərbaycan İşgüzar Şurasının birgə iclasında bildirib.

Onun sözlərinə görə, pandemiya şəraitində işgüzar münasibətlərin fəal inkişafı xüsusilə vacibdir: "Ölkələrimiz arasında işgüzar şuranın yaradılması ölkələrimizin başçıları tərəfindən iqtisadi əlaqələrin inkişafı üçün qarşıya qoyulmuş məqsəd və vəzifələrin həyata keçirilməsidir. Yalnız böyük biznesin deyil, orta və kiçik biznesin də qoşulması vacibdir. Bu günkü vəzifəmiz gənc şirkətləri ölkələrimizin beynəlxalq əməkdaşlığına cəlb etmək və onu fəal şəkildə aparmaqdır".

G.Çijikov qeyd edib ki, Azərbaycanla Ukrayna arasında mövcud ticarət dövriyyə (təqribən 800 milyon dollar) dostluq münasibətləri səviyyəsinə uyğun gəlmir: "Qardaş münasibətlərimiz və ticari-iqtisadi əlaqələrimizlə daha çox şeyə nail ola bilərik. Bu istiqamdə fəal iş görməkdə maraqlıyıq. Bir-birimizlə yalnız ticarət etməyi deyil, həm də maşınqayırma, informasiya texnologiyaları və bir sıra digər sahələrdə ortaq istehsalat müəssisələri yaratmağı planlaşdırırıq".

O, ölkələrimiz arasında iqtisadi əməkdaşlıq göstəricilərinin milyonlardan milyardlara keçməsinin və bu rəqəmin hər il artırılmalısının vacibliyini vurğulayıb."Ölkələrimiz bunu etməyə qadirdir", - G.Çijikov əlavə edib.

Xatırladaq ki, iyunun 24-də Ukrayna-Azərbaycan İşgüzar Şurasının yaradılması haqqında KOBİA və Ukraynanın Ticarət və Sənaye Palatası arasında Saziş imzalanıb. İşgüzar Şuranın yaradılması haqqında sazişi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Ukraynanın Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov imzalayıblar.

Son xəbərlər

Abşeronda ANARXİYA və KORRUPSİYA… Sən saydığını say, gör Fərzəliyev nə sayır

Yevlaxın YARITMAZ BAŞÇISI Dövlət vəsaitini talayır- BU NƏDİ BELƏ?!

Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:vəzifə təyinatları, aylıq paketlər və s.

Qazaxda BİABIRÇILIQ: 3 min illik Tarixi abidə sökülüb üzərində obyekt tikilir

Xəqani Bəşirlinin ümidinə qalan KADR SİYASƏTİ… – “Bu adam ən böyük sehrbazdır…”

İbarhim Nehrəmlinin Qəbələdə törətdiyi ekoloji terrordan Muxtar Babayevin xəbəri varmı

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

“VEYSƏLOĞLU” Aydın Talıbov, bu dünyanı oyuncaqmı bilirsən?- Mansur Məmmədov

Milyonçu Adnan Əhmədzadənin “Rahat market”i işçiləri qula çevirib

İcra başçısının qohumu həbs edildi.Növbə Başçıya da çatacaq…

Xəbərdarlıq: Yer kürəsini bürüyən “qırmızı” maqnit qasırğasının 5 FƏSADI

İlham Əliyev bu qanunu təsdiqlədi

Qız oğlana, oğlan qıza bənzəyir: Azərbaycanı bürüyən bəlanın qarşısı necə alınmalıdır?

İndi biz sülhə doğru gedirik - İlham Əliyev

Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi - İlham Əliyev

Türkiyə Ermənistanla sülh istəmir: 4 kəndin Azərbaycana qaytarılması İranda necə qarşılanıb?

Ermənistanla yeni sərhəd bu kəndin ortasından keçəcək - DETALLAR

Almatı danışıqlarının arxasında hansı ölkə var? - Ermənilər qorxuya düşüb

Rusiyada miqrantlarla bağlı sərt qayda: onlar vətəndaşlıqdan məhrum edildi

Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi

ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü - TƏCİLİ

Fermer əmin etdi: Bu tarixdən pomidor ucuzlaşmağa başlayacaq

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı xəbərdarlıq etdi

Abşeronda avtomobil qəzası olub, xəsarət alan var

Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər

ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."

Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü

İlk dəfə açıqlandı: Bakı və İrəvan arasında birbaşa əlaqə necə yaradılır?

Xəritə yayıldı, bu ərazilər Azərbaycanın nəzarətinə keçir - Ermənistan iflic olacaq

Astana Bakı-İrəvan danışıqlarına ev sahibliyi edə bilərmi?

Bütün xəbərlər