Azərbaycanda fərdi sahibkarların sayı 1 milyonu ötüb

Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2016-ci il tarixli Sərəncamı ilə hər il aprelin 25-i Azərbaycanda "Sahibkarlar Günü" kimi qeyd edilir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) "Kanal1.az"-a verilən məlumata görə, hazırda Azərbaycanda sahibkarlıq subyektlərinin təqribən 99%-ni mikro, kiçik və orta biznes (KOB) subyektləri təşkil edir. 2021-ci ilin 1 yanvar tarixinə qeydiyyata alınmış sahibkarlıq subyektlərinin 92,1%-ni mikro, 5,3%-ni kiçik, 2,1%-ni isə orta sahibkarlıq subyektləri təşkil edir. 2021-ci il yanvarın 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı isə 1 milyonu ötüb. KOB subyektləri əsasən ticarət, kənd təsərrüfatı, xidmət, tikinti, emal sənayesi, nəqliyyat və s. sahələrdə fəaliyyət göstərirlər.

Qeyd edək ki, Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli Qərarı ilə təsdiq edilmiş mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin yeni bölgüsü meyarlarına uyğun olaraq, işçilərinin sayı 10-dək və illik gəliri 200 min manatadək olanlar mikro sahibkarlar, işçilərinin sayı 11-50 arasında və illik gəliri 200 min manatdan 3 milyon manatədək olanlar kiçik sahibkarlar, işçilərinin sayı 51-250 arasında və illik gəliri 3-30 milyon manat arasında olanlar isə orta sahibkarlar hesab edilir.

Bu gün ölkəmizdə bir sıra qurumlar, o cümlədən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən sahibkarlara, xüsusilə KOB subyektlərinə müxtəlif dəstək və xidmətlər təqdim olunur, güzəştlər və dövlət dəstəyi həyata keçirilir, bir sıra institusional mexanizmlər fəaliyyət göstərir. Belə ki, mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirin, mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75%-i vergidən azaddır. Eyni zamanda mikro sahibkarlıq subyektləri (mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1.000.000 manatdan artıq olan şəxslər istisna olmaqla) əmlak vergisindən azaddır.

Mikro və kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan startaplar Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq "Startap" şəhadətnaməsi aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilir. "Startap" şəhadətnaməsi KOBİA tərəfindən verilir.

"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, satınalma predmetinin ehtimal olunan qiyməti 3 milyon ABŞ dolları ekvivalentində və ya ondan aşağı olan malların (işlərin, xidmətlərin) dövlət satın alınması yalnız KOB subyektlərinin iştirakı ilə, açıq tender üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilir.
Həmçinin, hazırda KOBİA tərəfindən mikro, kiçik və orta sahibkarlara daxili bazar araşdırmasının aparılmasına, təhsil, elm, tədqiqat və dəstək layihələrinin reallaşdırılmasına maliyyə dəstəyi, satış imkanlarını genişləndirmələri üçün ixtisaslaşmış sərgilərdə təmənnasız iştiraklarına, bilik və bacarıqlarının artırılması üçün ödənişsiz təlim və məsləhət xidmətlərinin göstərilməsinə, sosial sahibkarlığın inkişafına və s. dəstək göstərilir. KOB-ların maraqlarının müdafiəsi, biznes təşəbbüslərinin reallaşdırılmasına dəstək və maarifləndirilməsi ölkənin 24 şəhər və rayonunda fəaliyyət göstərən "KOB Dostu" şəbəkəsi vasitəsilə həyata keçirilir. KOB-ların sahibkarlıqla bağlı məlumatlandırılması, bu sahədə bilik və bacarıqlarının artırılması Bakı, Sumqayıt, Xaçmaz, Şəki və Yevlax şəhərlərində yerləşən KOB inkişaf mərkəzləri (KOBİM) vasitəsilə təmin edilir. Sahibkarlara müxtəlif dövlət və özəl qurumlar tərəfindən vahid məkanda xidmətlər Xaçmaz və Yevlax şəhərlərində yerləşən KOB evləri tərəfindən göstərilir.

Son xəbərlər

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Yeni pandemiyaya bu viruslar səbəb ola bilər - ARAŞDIRMA

Ukraynanın daha iki yaşayış məntəqəsi İŞĞAL OLUNDU

Gürcüstanın avtomobil bazarında böhran: Azərbaycana təsir edəcək?

31 dərəcə isti olub - FAKTİKİ HAVA

ŞƏHİD ADINA EDİLƏN HÖRMƏTSİZLİK DÖVLƏTƏ EDİLƏN XƏYANƏTDİR

Dörd kənd necə qaytarıldı? - İlham Əliyevin qələbə strategiyasının DETALLARI

4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi

Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar

Görünməmiş istilər: 200 ildən bir baş verən fəlakət...

NASA: “2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar”

"Əliyev Elçibəyin çıxardığı ordunu geri qaytardı" deyənlər... - Parlamentdə vacib müzakirə

Bütün xəbərlər