22:39 / 23-07-2021
İnsanlığın zirvəsi.
12:59 / 30-06-2021
93 yaşlı qadın intihar etdi
09:13 / 29-06-2021
Bakı-Qazax yolunda faciə
17:31 / 28-06-2021
Avtobus bazara girdi
17:14 / 28-06-2021
33 yaşlı kişi intihar etdi
15:20 / 28-06-2021
Binədə salfetka sexi yanır
Paşinyan bu gün Sünikə 1 400 polislə gedəcək

Paşinyan bu gün Sünikə 1 400 polislə gedəcək

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bu gün Sünik əyalətinə 1 400 polis əməkdaşının müşayiəti ilə getməyə qərar verib.

“Kanal1.az” bildirir ki, bu barədə "Past.am" agentliyi informasiya əldə edib.

Qeyd edilir ki, analoji vəziyyət vilayətlərə əvvəlki səfərlərdə, xüsusi halda, Loriyə və Ararata gedişlər zamanı da mövcud olub.

"Təhlükəsizliyin təmin olunması, ictimai asayişə riayət etmə öz özlüyündə - normaldır. Onda sual ortaya çıxır - hakimiyyət niyə polis resursundan belə sui-istifadə edir? İctimaiyyət arasında sual yaranır: məqsəd nədir? Və niyə polis ümumiyyətlə bu şıltaqlıqları yerinə yetirir?", - agentlik yazıb.

Qeyd edək ki, Paşinyanın daha əvvəl də vətəndaşlarla "izdihamlı" görüşündə fırıldağı aşkarlanıb. Ermənistanın baş naziri səlahiyyətlərinin müvəqqəti icraçısı Abovyan şəhərinin sakinləri ilə görüşə öz adamlarını göndərib. Bildirilir ki, həmin şəxslər heç də Abovyan sakinləri olmayıb.

Tarix: 15-06-2021, 09:13


Bölməyə aid digər xəbərlər
24-04-2021, 15:56 Paşinyan Putinə zəng edib
27-03-2021, 10:04 Paşinyan Moskvaya gedir