Dünya / Manşet
20.04.2021, 16:04
Paşinyan iki nazir müavinini vəzifədən azad edib
Ermənistanın baş naziri Nikol Paşinyan iki nazir müavinini vəzifədən azad edib.
"Kanal1.az" bildirir ki, ölkənin yüksək texnologiyalar nazirinin birinci müavini Qor Melikyan işdən çıxarılıb.
Digər fərmanla ərazi idarəetməsi və infrastruktur nazirinin müavini Karen İsaxanyan vəzifədən azad edilib.
Qeyd edək ki, aprelin son ongünlüyündə Nikol Paşinyanın baş nazir vəzifəsindən istefa verəcəyi gözlənilir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay