Dünya / Manşet
25.04.2021, 16:50
Ermənistanın Baş naziri Nikol Paşinyan istefa verdi
Ermənistanın Baş naziri Nikol Paşinyan istefa verib.
“Kanal1.az” "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə o, xalqa müraciəti zamanı bəyan edib.
O, televiziya müraciətində ölkədə erkən parlament seçkiləri keçirmək üçün istefa etdiyini söyləyib:
"Bu gün növbədənkənar parlament seçkilərinin iyunun 20-də keçirilməsi üçün istefa edirəm".
Qeyd edək ki, Paşinyan erkən parlament seçkilərinin iyunun 20-də keçiriləcəyini əvvəlcədən elan etmişdi.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay