Cəmiyyət / Manşet
6.06.2021, 13:24
Ermənistanda əhalinin azalması prosesi gedir - Koçaryan
Son bir neçə ay ərzində Ermənistandan çıxan və geri qayıtmayan vətəndaşların sayı kəskin şəkildə artıb.
“Kanal1.az” xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Robert Koçaryan deyib.
Onun sözlərinə görə, son 4 ay ərzində miqrasiyanın mənfi saldosu 80 min nəfər təşkil edib:
"Bənzər göstəricilər Ermənistanda 90-cı illərin əvvəllərində olub. Bunun adı artıq depopulyasiyadır (əhalinin sayının azalması - red.), qaçmaqdır. Bu o deməkdir ki, bu hakimiyyətə etibar etmirlər. Bu vəziyyəti dəyişdirməyin yeganə yolu hakimiyyətin dəyişməsidir".
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay