Dünya / Manşet
21.05.2021, 21:51
Çində ard-arda 3 güclü zəlzələ olub, ölənlər var
Çinin cənub-qərbindəki Yünnan vilayətində bir neçə güclü zəlzələ qeydə alınıb.
“Kanal1.az” bildirir ki, Yanbi muxtar rayonunda 5,6 bal gücündə ilk zəlzələdən sonra 6,4 bal və 5 bal gücündə növbəti təkanlar olub.
Təbii fəlakət nəticəsində ilkin məlumata görə, azı 2 nəfər ölüb, 9 nəfər yaralanıb.
Hazırda zəlzələlərin fəsadlarının dəqiq miqyası araşdırılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay