Dünya / Manşet
18.04.2021, 23:24
Türkiyədə daha bir zəlzələ
Egey dənizində Türkiyənin Muğla vilayətinin Datça rayonuna yaxın bölgədə 4,2 bal gücündə zəlzələ olub.
"Kanal1.az" bildirir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar Türkiyə vaxtı ilə saat 19:26-da qeydə alınıb. Zəlzələ ətraf bölgələrdə də hiss olunub. Dağıntı və xəsarət alanlarla bağlı hələ ki, məlumat yoxdur.
Yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub.
Xatırladaq ki, Türkiyənin Muğla vilayətində son günlər ərzində ard-arda bir neçə zəlzələ baş verib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay