SON DƏQİQƏ: Gürcüstanda güclü zəlzələ baş verdi
Gürcüstanın Oni şəhərində rixter cədvəli üzrə 4,1 bal gücündə zəlzələ baş verib.
"Kanal1.az" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri yerin 6 kilometr dərinliyində yerləşib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.