1992-ci il 8 mayında Şuşa satqınlığın və xainliyin qurbanı oldu - Deputat

Şuşa Qarabağın döyünən ürəyidir. Şuşanın əldən getməsi Qarabağın əldən getməsi demək idi. Çox təəssüf ki, 1992-ci il 8 mayında Şuşa satqınlığın və xainliyin qurbanı oldu.
“Kanal1.az”bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.
1992-ci il 8 mayında Şuşa satqınlığın və xainliyin qurbanı oldu - Deputat

Deputat bildirib ki, məhz o vaxt Müdafiə Nazirliyinin rəhbərliyinin satqınlığı ilə Şuşa ermənilərə satılmışdır: "O vaxt Müdafiə naziri Rəhim Qazıyev meydana xalqın qarşısına çıxıb deyirdi ki, Şuşa getsə başıma güllə çaxacağam. Amma sonra məlum oldu ki, Müdafiə Nazirliyinin rəhbərliyi öz işini görmüşdü və belə ifadələr işlətməklə xalqı sakitləşdirərək sadəcə öz niyyətini başa çatdırmaq istəyirdi və istəyinə nail oldu.

1992-ci ildə Ali Sovetinin sədri Yaqub Məmmədov xalqa müraciətində Şuşanın satılması ilə bağlı baş verən hadisələri təfsilatı ilə canlı efirdə ictimaiyyətə çatdırmışdı. Müdafiə Nazirliyinin rəhbərliyi Ali Sovetinin sədrini eşitmirdi. Yalançı məlumatlarla başını aldadırdı ki, öz planını başa çatdırsın. Müdafiə Nazirliyin rəhbərliyi mayın 7-də düşünülmüş şəkildə hərbi qüvvələri Şuşadan çıxartmağa başlamışdılar. 8 mayda isə şəhər demək olar ki, boşaldılmışdı".

A.Badamov qeyd edib ki, ermənilər boşaldılmış şəhərə müqavimətsiz daxil olub oturmuşdular: "Amma o dövrdəki öz qəhrəmanlıqlarından bu gün danışanlar elə bilirlər ki, tarix unudulub. Onlar bilməlidirlər ki, tarix xainləri və saqınları unutmur. Bu gün o xainlərin sadəcə başını qaldırıb xalqın üzünə baxmağa haqları yoxdur.

1992-ci ilin 8 mayında Şuşanı satqınlıqla satılması digər rayonlarımızın da işğalına yol açmışdısa, 8 noyabr 2020-ci ildə isə Şuşanı azad etməklə bütün Qarabğın düşmən işğalından azad edilməsilə ölkəmizin ərazi bütövlüyü təmin olundu. Əgər o vaxt Şuşanı düşmənə məğlub etməklə başımızı aşağı etmişdilərsə, 8 noyabrda Şuşanı azad etməyimiz Böyük qələbəmizin simvolu, başımızın ucalığı oldu.

28 ildən sonra Şuşamız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında azad olundu. Müstəqilliyimizin tarixində ilk dəfə 8 mayını Şuşa azad şəkildə qarşılayır. Şuşaya yenidən həyat veririk. Şuşa mədəniyyət paytaxtımız elan olunub. Şuşamız o xainlərin yaşatdıqları faciələri bir daha yaşamayacaq".

Son xəbərlər

Əfv sərəncamı nə vaxt veriləcək, kimlərə şamil ediləcək? – AÇIQLAMA

FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? – Elnar İmanov cərimələndi, narazı qaldı

Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Xırdalandakı bağça müdirinin şok səs yazısı – Müəllimləri niyə təhdid edir

Gəncə xəstəxanasının vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edildi

Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar

“Düz əyrini kəsir” – Görülən işlərə nəzər saldıqda…

Ermənistan müxalifətinin etirafı: Göyçə və Zəngəzurun bir hissəsi Azərbaycana qaytarılacaqmı? - VİDEO

Gürcüstanda vəziyyət təhlükəli fazaya keçir: naməlum şəxslər HÜCUMA KEÇDİLƏR

Gümrüdə Azərbaycanın hərbi bazası olsun – Ermənistanda şok iddia

İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?

Abşeronda ANARXİYA və KORRUPSİYA… Sən saydığını say, gör Fərzəliyev nə sayır

Yevlaxın YARITMAZ BAŞÇISI Dövlət vəsaitini talayır- BU NƏDİ BELƏ?!

Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:vəzifə təyinatları, aylıq paketlər və s.

Qazaxda BİABIRÇILIQ: 3 min illik Tarixi abidə sökülüb üzərində obyekt tikilir

Xəqani Bəşirlinin ümidinə qalan KADR SİYASƏTİ… – “Bu adam ən böyük sehrbazdır…”

İbarhim Nehrəmlinin Qəbələdə törətdiyi ekoloji terrordan Muxtar Babayevin xəbəri varmı

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

“VEYSƏLOĞLU” Aydın Talıbov, bu dünyanı oyuncaqmı bilirsən?- Mansur Məmmədov

Milyonçu Adnan Əhmədzadənin “Rahat market”i işçiləri qula çevirib

İcra başçısının qohumu həbs edildi.Növbə Başçıya da çatacaq…

Xəbərdarlıq: Yer kürəsini bürüyən “qırmızı” maqnit qasırğasının 5 FƏSADI

İlham Əliyev bu qanunu təsdiqlədi

Qız oğlana, oğlan qıza bənzəyir: Azərbaycanı bürüyən bəlanın qarşısı necə alınmalıdır?

İndi biz sülhə doğru gedirik - İlham Əliyev

Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi - İlham Əliyev

Türkiyə Ermənistanla sülh istəmir: 4 kəndin Azərbaycana qaytarılması İranda necə qarşılanıb?

Ermənistanla yeni sərhəd bu kəndin ortasından keçəcək - DETALLAR

Almatı danışıqlarının arxasında hansı ölkə var? - Ermənilər qorxuya düşüb

Rusiyada miqrantlarla bağlı sərt qayda: onlar vətəndaşlıqdan məhrum edildi

Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi

ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü - TƏCİLİ

Fermer əmin etdi: Bu tarixdən pomidor ucuzlaşmağa başlayacaq

Bütün xəbərlər