Tovuzda birmərtəbəli ev yanıb
Tovuz rayonunun Dönük Qırıqlı kəndində ümumi sahəsi 110 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 85 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən "Kanal1.az"-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.