Hadisə / Manşet
30.03.2021, 20:44
Bakıda sex yandı
Bakıda tikiş sexində yanğın olub.
"Kanal1.az" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Xəzər rayonunda ümumi sahəsi 400 m² olan hazırda fəaliyyət göstərməyən birmərtəbəli tikiş sexinin yanar konstruksiyaları 40 m² sahədə və içərisində 2 ədəd dəzgahın yanar hissələri yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay