Hadisə / Manşet
1.04.2021, 09:44
Bakıda qadını qatar vurdu
Bakının Nizami rayonunda bir nəfər qatar vurulması nəticəsində ağır xəsarət alıb.
"Kanal1.az"ın məlumatına görə, hadisə Babək prospektində qeydə alınıb.
Belə ki, Babək prospektində dəmiryol relslərinin üzərində gəzən 1989-cu il təvəllüdlü İsmayılova Həyat Yaqub qızını teplavoz vurub. Yaralı ağır kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.
Fakt Nizami rayon Polis İdarəsində araşdırılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay